Xəbərlər

Əkinçilik ET İnstitutunun direktoru beynəlxalq toplantıda iştirak etdi

Əkinçilik ET İnstitutunun direktoru Cavanşir Təlai cari ilin 16-19 yanvar tarixində Türkiyənin Ankara şəhərinin Haymana vilayətində “Payızlıq Buğdanın Yaxşılaşdırılması üzrə Beynəlxalq Proqram” (IWWIP) çərçivəsində keçirilən beynəlxalq toplantıda iştirak etdi. Toplantıda, təsisçisi Türkiyə Cümhuriyyəti Qida, Kənd Təsərrüfatı və Heyvandarlıq Nazirliyi, CIMMYT və ICARDA olan IWWIP proqramı çərçivəsində 2015-2016-cı vegetasiya ilində  introduksiya olunan payızlıq və fakultətiv yumşaq buğda pitomniklərilə aparılmış ekoloji sınaqların nəticələri, seçilmiş perspektiv xətlərin seleksiya işlərinə cəlb edilməsi, rayonlaşmış sortlar, əməkdaşlığın gələcək inkişaf perspektivləri və 2017-ci il üçün iş planı müzakirə edildi. Toplantıda Türkiyə Cümhuriyyətinin Ankara, Konya, İzmir, Əskişəhər, Ərzurum və s. şəhərlərdə fəaliyyət göstərən 12 müvafiq elmi-tədqiqat müəssisələri ilə yanaşı Azərbaycan, Özbəkistan, Tacikistan, İran və Əfqanıstanı təmsil edən mütəxəssislər də iştirak edirdilər. Toplantıda çıxış edənlər patoloji fəaliyyətlər, xüsusən də sarı, qonur və gövdə pasları, Cənubi Qafqaz və Mərkəzi Asiya regionu ölkələrində introduksiya olunan rüşeym plazmasının təhlili, payızlıq buğdanın seleksiyası sahəsində aparılan tədqiqatlar və əldə edilən nəticələr, bitki genetik ehtiyatlar, payızlıqbuğdanın seleksiyası üzrə IWWIP-nin strateji xətti, sosial-iqtisadi fəaliyyətlər barədə geniş məlumatlar verildi. Cavanşir Təlai toplantıda “IWWIP proqramı çərçivəsində 2015-2016-cı vegetasiya ilində   Azərbaycanda aparılmış seleksiya işlərinin nəticələri”nə həsr edilmiş təqdimatla çıxış etdi. O, öz çıxışında ölkədə kənd təsərrüfatı təyinatlı torpaqların strukturu, son beş ildə payızlıq buğdanın əkin sahəsi və təsərrüfat göstəriciləri, bu sahədə mövcud olan problemlər, son iyirmi ildə beynəlxalq mərkəzlərdən introduksiya olunan dənli bitkilərin rüşeym plazmaları, aparılan tədqiqatların məqsəd və vəzifələri, rayonlaşmış sortlar, IWWIP xəttilə alınmış müxtəlif təyinatlı buğda pitomniklərilə 2015-2016-cı vegetasiya ilində aparılmış ekoloji sınaqların nəticələrinə dair ətraflı məlumat verdi və verilən sualları cavablandırdı. Toplantı iştirakçıları tərəfindən Azərbaycanda buğdanın seleksiyası üzrə aparılan işlər yüksək qiymətləndirildi. C.M. Təlai tərəfindən tədbirin gedişində Türkiyənin müvafiq institutlarının,CIMMYT və ICARDA-nın rəhbər və aparıcı mütəxəssislərilə kadr hazırlığı, yerli buğda vəqarğıdalı sortlarınıngenetik analizi və təhlili, soyanın rüşeym plazmasının əldə edilməsi və birgə müştərək layihələrin hazırlanması sahələrində danışıqlar aparıldı. Danışıqların nəticəsi olaraqinstitutun bir gənc elmi işçisinin FAO və ICARDA-nın birgə təşkilatçılığı ilə aprel ayında Türkiyənin İzmir şəhərində fitopatologiya üzrə təşkil olunacaq təlim kursunda iştirak etməsi və bütün xərclərin təşkilatçılar tərəfindən qarşılanması qərara alındı. 

© 2020 Əkinçilik ETİ