Xəbərlər

“KHAZAR” şirkətinin nümayəndələri ilə əməkdaşlıq görüşü keçirildi

23.01.20. tarixində Əkinçilik-Elmi Tədqiqat İnstitutunda  Turkiyə Respublikası “KHAZAR” Gida İthalat. İhracat. İmalat. Sanayi. Ve Ticaret. Limited.” şirkətinin nümayəndələri – Azərbaycan üzrə koordinatoru Əzimov Ağalar və beynəlxalq əlaqələr üzrə koordinator Nemət Quliyev ilə əməkdaşlıq görüşü keçirildi.  Hal-hazırda 7 ölkə - Azərbaycan, Rusiya, Belarus, Ukrayna, Qazaxıstan, Özbəkistan və İran üzrə məhsul ixracı ilə məşğul olan şirkətin məhsulları yüksək monoatomik texnologiya ilə istehsal edilir. Şirkət dünyada sadəcə 2 ölkədə (ABŞ və Türkiyə) istehsalı olan, Omtus gübrələri, Bioagra və Hidro Jel adda 3 orqanik gübrəni təklif edir. Şirkətin həyata keçirdiyi bütün sınaq nəticələri sübut edir ki, təklif edilən məhsullar ilə məhsuldarlıq 2 dəfədən 8 dəfəyədək artır. Görüş zamanı keçirilən müzakirələr nəticəsində qərara alındı ki, təklif edilən gübrələr tətbiq edilərək sınaqdan keçirilsin. 

© 2020 Əkinçilik ETİ