Xəbərlər

Respublikada makaron istehsal edən müəssisələrin nəzərinə!

Əkinçilik Elmi-Tədqiqat İnstitutunun mandatına daxil olan əsas bitkilərdən biri də bərk buğdadır. Bərk buğda makaron sənayesinin əsas xammalı olmaqla Respublikamızda geniş ərazilərdə, əsasən isə Lənkəran və Aran iqtisadi rayonlarında becərilir və yüksək keyfiyyətli məhsul alınır.  Bərk buğdanın becərilən sortları Əkinçilik Elmi-Tədqiqat İnstitutu tərəfindən yaradılmış sortlardır. Eyni zamanda qeyd etmək olar ki, bərk buğdanın yaranma mərkəzlərindən biri də Azərbaycandır. Bunları nəzərə alaraq Respublikamızda bərk buğdanın əkin sahələrini genişləndirmək, makaron sənayesini yerli xammalla təmin etmək məqsədilə Sizi 31.01.20 tarixində saat 11.00-da Əkinçilik Elmi-Tədqiqat İnstitutunda təşkil edilmiş “Makaron sənayesinin gücləndirilməsində yerli bərk buğda sortlarından istifadənin genişləndirilməsi” mövzusunda keçiriləcək dəyirmi masaya dəvət edirik.

© 2020 Əkinçilik ETİ