Xəbərlər

Əkinçilik ET İnstitutunda Təbriz Universitetinin professoru ilə görüş keçirilib

04.02.20 tarixində Əkinçilik ET İnstitutunda İran İslam Respublikasının Təbriz Universitetinin professoru Seyyed Mohammadi ilə görük keçirilib. Görüşdə institutun direktoru Faiq Xudayev Əkinçilik ET İnstitutunun mandatına aid olan bitkilərin (çəltik, buğda və s.) elmi tədqiqatlarının aparılması sahəsində İran İslam Respublikası ilə geniş əlaqələrin olduğunu qeyd edib. Amerika və Hindistanda çalışan professor Seyyed Mohammadi buğda və qarğıdalı üzrə qlobal iqlim dəyişikliyinə səbəb olan amillərlə bağlı quraqlığa davamlı sortların yaradılması üzrə, molekulyar səviyyədə elmi-tədqiqat işi aparır.   

Görüşün zamanı Faiq müəllim təklif etdi ki, institut mütəxəssisləri professor Seyyed Mohammadi tərəfindən keçirilən təcrübələri müşahidə etsinlər. Professor isə öz növbəsində Azərbaycanda seleksiya üzrə təlimlərin aparılması haqqında təklif irəli sürdü. Görüşün sonunda mövzu ətrafında müzakirələr aparılıb.

© 2020 Əkinçilik ETİ