Xəbərlər

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin nümayəndələri ilə görüş keçirilib

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) nümayəndələri ilə görüş keçirilib. Nümayəndələr qeyd edib ki, GİZ-in həyata keçirdiyi layihələrdən biri olan “ECOserve” əsas tərəfdaş Kənd Təsərrüfatı Nazirliyi olmaqla həyata keçirilir. 2018-ci ildə imzalanan və 2021-ci ilin noyabr ayına qədər davam edəcək layihə kənd yerlərinin inkişafına dəstək məqsədilə kənd təsərrüfatında ətraf mühitə zərər vurmadan fəaliyyətlərin həyata keçirilməsini dəstəkləyir. 5 fəaliyyət istiqaməti olan layihənin birincisi məlumatların idarə olunması, ikincisi qanunvericiliklə, üçüncüsü pilot fəaliyyət, dördüncüsü təhsil və təlim, beşincisi isə regional mübadilə ilə bağlıdır. Layihənin başlıca məqsədlərindən biri dünyada geniş yayilmış “Good agriculture practice (GAP)” adlı təcrübənin Azərbaycanda tətbiqi və nümayiş etdirilməsidir. Görüş zamanı Əkinçilik ET İnstitutunun direktoru Faiq Xudayev GİZ nümayəndələrini maraqlandıran toxum potensiyalının müəyyənləşdirilməsi, “İnter crop” üsulunun tətbiqi, institut laboratoriyalarından istifadə, su təchizatı sistemi və s. kimi məsələlərə aydınlıq gətirib, birgə əməkdaşlıq haqqında müzakirələr aparılıb. İnstitutun “Bitki və torpaq analizləri” laboratoriyasına tanışlıq məqsədilə baxış keçirilib. 

© 2020 Əkinçilik ETİ