Xəbərlər

“Əsas yem bitkiləri, onların becərilməsi və yemlik əhəmiyyəti” mövzusunda online təlim keçirilib

 17.04.20 tarixində “Otlaq və biçənəklər” şöbəsinin müdiri Rasib Zeynalov “Əsas yem bitkiləri, onların becərilməsi və yemlik əhəmiyyəti” mövzusunda online təlim keçib. O,  bildirib ki, bütün kənd təsərrüfatı bitkilərindən yüksək və keyfiyyətli məhsul almaq üçün ilk növbədə aparılan aqrorotexniki tədbirləri ardıcıl və keyfiyyətlə həyata keçirmək lazımdır. Bunun üçün yüksək məhsuldarlığı və keyfiyyəti şərtləndirən amillərin rolunu müəyyənləşdirmək və onları tətbiq etməklə təsir dairəsini genişləndirmək məqsədə uyğundur. R. Zeynalov səpin müddəti, səpin üsulu, gübrə norması, məhsuldarlıq, yem keyfiyyəti, xəstəliklər, zərərvericilər və onlara qarşı mübarizə tədbirləri və s. məsələlərə aydınlıq gətirib. Sonra o,  yem bitkilərinin əkinlərində səpin qabağı tədbirlər,  diskiləmə və şumun aparılması, sahənin sələflərdən asılı olaraq becərilməsi, cərgəarası becərilən bitkilərdən sonra sahənin hazırlanması, toxumun tədarük edilməsi, vərdələmə əməliyyatının əhəmiyyəti (dəmyə bölgələrində), suvarma üsulları və s. haqqında təqdimat əsasında ətraflı məlumat verib.

https://www.facebook.com/ekinchilik.institutu/videos/227375918371308

© 2020 Əkinçilik ETİ