Xəbərlər

Əkinçilikdə mövsümi tədbirlər çərçivəsində online təlimlər davam edir

21.04.20 tarixində “Xəstəlik və zərərvericilərə nəzarət” laboratoriyasının aparıcı elmi işçisi Ehtibar İbrahimov “Dənli taxıl bitkilərində mövsümi xəstəliklər” mövzusunda online təlim kecib. O, bildirib ki, xəstəlk törədiciləri bitkilərin yer altı və yer üstü orqanlarını müxtəlif fazalarda yoluxduraraq onların inkişafına  mənfi təsir edir. Belə ki, xəstəliklərin (əsasən yarpaq xəstəliklərın) təsirindən  assimilyasiya səth sahəsi azalır, transpirasiya əmsalı sürətlənir, su balansı pozulur və nəticədə yarpaqlar quruyaraq məhv olur. Bu da sonda məhsuldarlığın və keyfiyyət göstəricilərinin azalmasına səbəb olur. Odur ki, fermerlərin movsümü xəstəliklərə (unlun şeh, kök çürməsi, pas xəstəliklərinə, septorioz, helmintosporioz, rinxosporioz, fuzarioz və sürmə xəstəlikləri) qarşı mübarizə tədbirlərinin vaxtında  aparılması məsləhətdir. Burada əsasən davamlı sortlardan istifadə edilməsi, torpaqaltı və yemləmə gübrələrinin vaxtında verilməsi və alaq otlarına qarşı mübarizənin (yüksək aqtotexnika) aparılması mütləqdir.   

https://www.facebook.com/ekinchilik.institutu/videos/229799741462259

© 2020 Əkinçilik ETİ