Xəbərlər

“Fermer təsərrüfatlarında qarğıdalı bitkisinin səmərəli becərilmə texnologiyasının üstünlükləri və əhəmiyyəti” mövzusunda online təlim keçirilib

“Davamlı əkinçilik və bitki diversifikasiyası” şöbəsinin aparıcı elmi işçi, a.e.ü.f.d., dosent Sevindik Dünyamalıyev “Fermer təsərrüfatlarında qarğıdalı bitkisinin səmərəli becərilmə texnologiyasının üstünlükləri və əhəmiyyəti” mövzusunda online təlim keçib.Dünyamalıyev diqqətə catdırıb ki, ərzaq təhlükəsizliyinin təmin edilməsində və başqa ölkələrdən aslılığın aradan qaldırılmasında qarğıdalı mühüm kənd təsərrüfatı bitkilərindən biridir. Belə ki, bir ildə iki dəfə məhsul verməsinə, yüksək məhsuldarlığına və tez yetişməsinə görə mühüm dənli bitkilərdən hesab olunur. Bu bitkinin əkini Respublika üçün olduqca əhəmiyyətlidir. Qarğıdalı bitkisi əsasən aran, dağlıq və dağ ətəyi rayonlarda becərilir. Əkincilik ET İnstitutunun Zaqatala BTS-də apardığı seleksiya tədbirləri nəticəsində yüksək məhsuldar qarğıdalı sortları alınmışdır. Bunlardan “Zaqatala yerli yaxşılaşdırılmış”, “Zaqatala 514”, “Zaqatala 68”, “Zaqatala 420”, “Qürur” qarğıdalı sortları Respublikanın geniş sahələrdə əkilməsi davam etdirilir. Ölkəyə il ərzində 450-500 min ton qarğıdalı dəni lazımdır ki, bu da yağ istehsalının artırılmasında, quşçuluğun və heyvandarlığın inkişaf etdirilməsində mühüm əhəmiyyət kəsb edir. Torpaqda temperatur 80C olduqda Respublikada qarğıdalı əkini aparılır. Belə ki, aran rayonlarında martın axırı, aprelin birinci ongünlüyündə qarğıdalı səpini başa çatmalıdır ki, temperatur artımı onun çiçəkləmə dövrünə mənfi təsir etməsin. Dağlıq və dağ ətəyi bölgələrdə isə qarğıdalının səpin müddəti aperilin ikinci və üçüncü ongünlüyünə təsadüf edir. Qarğıdalının inkşafının 2-5, 7-8, 9-10 yarpaq əmələgəlmə fazasında azot gübrəsinin verilməsi olduqca əhəmiyyətlidir. Həmçinin fosfor və kalium gübrələrini verilməsi də əsas və başlıca şərtdir. Qarğıdalı səpinindən qabaq fermer və iş adamlarının kondensiyalı toxumla təmin eilməsi olduqca əhəmiyyətlidir. Səpinə 15-20 gün qalmış toxumlar xəstəliklərə və zərərvericilərə qarşı dərmanlanmalıdır. Qarğıdalı bitkisnin becərilməsimdə əsas amilərdən biri kultivasiyanın, dib doldurmaının və bitki sıxlığının aparılmasıdır. Birinci kultivasiyanın 8-10 sm-də, ikinci kultivasiyanın 6-8 sm-də aparılması bitkinin dibinin yumşalmasına və suyun mənimsənilməsinə yaxşı təsir göstərir. Bu da məhsuldarlığın yüksəldilməsində mühüm rol oynayır. Qulluq işlərindən biri də alaq otlarına, xəstəlik və zərərvericilərə qarşı mübarizə tədbirlərinin vaxtında və düzgün aparılmasıdır. Belə ki, kif göbələyi, sürmə və müxtəlif pas xəstəlikləri qarğıdalı bitkisinə əsas ziyan verən xəstəliklərəndir. Digər tərəfdən qarğıdalı bikisinin aqrar ekoloji bölgələrə görə suvarılması da müxtəlifdir. Qarğıdallı bitkisində əsas müşahidə olunan qovuqlu sürmə xəstəliyidir. Yaşıl kütə üçün süd yetişkəmliyi dövründə yığılaraq emal edilir. Dən üçün isə nəmlik 27% olduqda yığım başlanır.

https://www.facebook.com/ekinchilik.institutu/videos/230442471397986

© 2020 Əkinçilik ETİ