Xəbərlər

Əkinçilik ET İnstitutu ilə Agro Dairy şirkəti arasında online əməkdaşlıq görüşü kecirildi

24.04.20 tarixində Əkinçilik ET İnstitutunun direktoru Faiq Xudayev və direktor müavinlərinin iştirakı ilə Agro Dairy şirkətinin kommersiya işləri üzrə müşaviri, satış departamentinin rəhbəri Əsəd Qurbanzadə arasında əməkdaşlıq çərçivəsində online görüş keçirilib. F.Xudayev institutun fəaliyyəti haqqında məlumat verərək vurğulayıb ki, yeni sortların yaradılması istiqamətində elmi-tədqiqat işləri davam edir. O, bərk buğdanın əkin dövriyyəsindən və bu istiqamətdə görülən işlərdən, fermerlərin bərk buğdaya maraq göstərməsindən və Əkinçilik ET İnstitutunun yaratdığı sortlar haqqında fermerlərin məlumatlı olması üçün bir sıra addımlar atıldığından bəhs etdi.

Əsəd Qurbanzadə təmsil etdiyi şikət haqqında ətrafl məlumat verib. Əməkdaşlıq etmək üçün ilikin mərhələdə müsbət fikirlər yaranıb.

https://www.facebook.com/ekinchilik.institutu/videos/231718977937002 

© 2020 Əkinçilik ETİ