Xəbərlər

Beynəlxalq Elmi və Praktik İnternet Konfransı keçirilib

21-23.04.20 tarixində Federal Dövlət Büdcə Elmi Təşkilatı "Ümumrusiya Bağçılıq və Subtropik Bitkilər Tədqiqat İnstitutu"nun "Bitkilərin fiziologiyası, biokimyası və biotexnologiyasının aktual problemləri” mövzusunda keçirilən Beynəlxalq Elmi və Praktik İnternet Konfransda “Bitki fiziologiyası və biotexnologiya” şöbəsinin aparıcı elmi işçisi, b.ü.f.d., dosent Təmraz Təmrazov iştirak edib. Konfransın fəaliyyət istiqamətləri bitkilərin suya olan təlabatı və mineral qidalanmasının öyrənilməsinin fizioloji və biokimyəvi aspektləri, bitkilərin fizioloji aspektlər və davamlılığı, fotosintez və məhsuldarlıq prosesi, bitki genofondunun biokimyəvi tədqiqatları, gen ehtiyatlarının qorunması və genebankların yaradılması, klonal bitki mikropropaqasiyası metodlarının təkmilləşdirilməsi, bitki seleksiyasında təcrid olunmuş hüceyrələrin və toxumaların kulturaları, bitki ehtiyatlarının öyrənilməsində molekulyar genetik metodlar, bitki biotexnologiyasındakı fizioloji və biokimyəvi metodlar mövzularından ibarət olub.

T.Təmrazov konfransa “Morphophysiological study of wheat genotypes differing in maturity and architectonics grown in different soil climates” (Müxtəlif torpaq iqlim şəraitində becərilən və yetişmə müddətinə görə fərqlənən buğda genotiplərinin morfofizioloji tədqiqi) adlı məqalə ilə müraciət edib. Məqalə yüksək səviyyədə dəyərləndirilərək konfransın “Bitkilərin fizioloji aspektləri” bölməsində yer alıb. Məqaləyə konfransın elmi-təşkilat komitəsinin üzvüləri tərəfindən müsbət rəy verilib. İnternet üzərindən keçirilən konfransda məqalələr konfrans zamanı intenet üzərindən yerləşdirilmiş və konfransın gedişatı zamanı məqaləyə yazılan suallar, təklif və rəylərə elektron şəkildə öz münasibətini bildirib. Məqalə konfrans zamanı böyük maraq doğurub və geniş müzakirə olunub və müəllif sertifikata layiq görülüb.

© 2020 Əkinçilik ETİ