Xəbərlər

İnstitutun direktoru Faiq Xudayev təcrübə sahələrinə baxış keçirib

Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Faiq Xudayevin rəhbərliyilə 05-08.05.20 tarixlərində kecirilən monitorinq çərçivəsində direktor müavini Atif Zamanov, aparıcı elmi işçi Ehtibar İbrahimov institutun tabeliyində fəaliyyət göstərən Tərtər BTS-da taxıl sahələrinə, Ağstafa Yardımcı Təcrübə Təsərrüfatında əkin sahələrinə, Şəki DM-də (əkinçilik istiqamətli) tütün şitilxanasına, arpa və buğda sahəsinə, qarışıq səpindən ibarət olan soya və sorqo əkinlərinə, Zaqatala BTS-in Danaçı DM-də taxıl sahəsinə, Zaqatala rayonu Pərzivan ərazisində yerləşən toxumçuluq sahələrinə baxış keçiriblər. İlkin toxumçuluq sahəsində arpanın "Ümid", "Dəyanətli", "Qüdrətli" və "Qarabağ 22", buğdanın isə "Qızıl buğda", "Aran" və "Xəzri" sortlarının ilkin toxumları nəzərdən keçirilib. Monitorinqlər zamanı müzakirələr aparılıb, müəyyən məsləhətlər verilib.

© 2020 Əkinçilik ETİ