Xəbərlər

Qarğıdalı bitkisindən yüksək məhsul alınmasında üzvi və mineral gübrələrin əhəmiyyəti mövzusunda videokonfrans keçirilib

18.05.20 tarixində Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elim və İnnovasiya Mərkəzinin direktor müavini Fərman Kərimovun Əkinçilik ET İnstitutunun direktoru Faiq Xudayevin, Zaqatala BTS-in direktoru Nəbi Kərimov, Şəki DM direktoru Emin Yusifov, eyni zamanda Şəki və Zaqatala bölgəsindən olan altı nəfər fermerin iştirakilə keçirilən videokonfrans qarğıdalı bitkisinin becərilməsində üzvi və mineral gübrələrin istifadəsinə həsr olnub. F. Xudayev diqqətə çatdırıb ki, dənli-paxlalı bitkilərin payızlıq əkini artıq başa çatıb, yazlıq bitkilərdə isə əkin başa çatmaq üzrədir. Məqsədimiz ondan ibarətdir ki pandemiya dövründə fermerlərin yanında ola bilmədiyinmiz üçün videokonfrans yolu ilə aqrotexniki qaydalar haqqında öz məsləhətimizi verək və onları maraqlandıran suallara cavab verək. Əkinçilik ET İnstitutu mandatınıa daxil olan qarğıdalı bitkisinin becərilməsi ilə bağlı qarğıdalı proqramının icrasını həyata keçirir ki, bu proqramın rəhbəri tanınmış alim Sevindik Dünyamalıyevdir. Sonra S. Dünyamalıyev mövzu üzrə qargıdalı bitkisindən yüksək və keyfiyyətli məhsul alınmasında mineral gübrələrin əhəmiyyətindən bəhs edib. Mövzu ətrafında müzakirələr aparılıb.  

© 2020 Əkinçilik ETİ