Xəbərlər

“Taxıl əkinlərində məhsulun tez və itkisiz yığılması üçün görüləcək tədbirlər sistemi haqqında məlumat” mövzusunda online təlim keçirilib

22.05.20 tarixində Əkinçilik ET İnstitutunun istehsalat üzrə direktor müavini b.ü.f.d., dosent Zamanov “Taxıl əkinlərində məhsulun tez və itkisiz yığılması üçün görüləcək tədbirlər sistemi haqqında məlumat” mövzusunda online təlim keçib. O, maşın-traktor parkını tam olaraq işçi vəziyyətə gətirmək, istifadə olunacaq texnikaların daima işlək vəziyyətini təmin etmək məqsədilə tez sıradan çıxan hissələrin ehtiyatını yaratmaq, xırman və anbarları tam təmizlənərək dezinfeksiya və fumiqasiya etmək, təhlükəsizlik tədbiri olaraq sahələrin kənarlarını şumlamaq, suvarılan bölgələrdə taxılın daşınması və konbaynın hərəkəti üçün müvəqqəti suvarma arxlarını doldurmaq, toxumçuluq sahələrində növ və sort təmizləyinə nəzarət etməklə aprobasiyanı təmin etmək, biçin zamanı sünbülün normal döyülməsini təmin etmək və dənin qırılmasını minimuma endirmək məqsədi ilə kombaynların  sahədə nizamlanmasını  təşkil etmək və s. istiqamətdə həyata keçirilməli olan məsələlərə ətraflı olaraq aydınlıq gətirib. A.Zamanov diqqətə çatdırıb ki, kombayn bir sortdan digər sorta keçdikdə tam təmizlənməli və 15-20 dəqiqə boş işlədilməli, sonra yeni biçilən sortdan 700-800 kq olmaqla ən azı 2 dəfə biçilməklə çıxdaş edilməli və bu  biçin aktında öz əksini tapmalı, kombayn 1 sortdan və ya reproduksiyadan digərinə keçdikdə mütləq təmizlənməli və nizamlanmalı, taxıl daşınan zaman sortların və reproduksiyaların bir-birinə qarışmaması üçün yük maşını diqqətlə təmizlənməlidir. Xüsusəndə yaşıllıq zolaqlarının ətrafı xüsusi diqqət yetirmək məqsədilə meşəqoruyucu zolaqlarla sahənin arasını bir neçə gediş şumlamaq lazımdır. Xırmanda və anbarlarda tığ şəklində yığılmış məhsulun reproduksiyalarının və sortların qarışmaması üçün tədbirlər görülməli, toxumluq məhsulun təmizlənməsi işləri ilk növbədə aşağı reproduksiyalı məhsuldan başlanmalı və yuxarı reproduksiyaya doğru davam etməlidir. Toxumluq məhsulun təmizlənməsi zamanı bir sortdan digərinə keçdikdə 100-150 kq  toxumun çıxdaş edilməsinə riayət edilməlidir. Toxum tam təmizləndikdən və dərmanlandıqdan sonra 1 etiket  kisənin içinə qoyulmalı və biri üstünə tikilməlidir. Orijinal və super elit toxumlar üçün ağ fonda çəhrayı rənglə çəpinə xətt çəkilmiş, elit toxumlar üçün ağ, R1 üçün göy, R2 üçün qırmızı fonda olan etiketlərdən istifadə olunmalıdır. Etiketlərdə bitkinin adı, sortun adı, reproduksiyası, istehsal ili, dərmanlamada istifadə olunan preparatın adı, istehsalçının adı, ünvanı və telefon nömrəsi yazılmalıdır. Anbarda təmizlənmiş toxumlar reproduksiyalar və sortlar üzrə ayrı-ayrı yığılmalıdır. Həm sahədə həm də xırmanda ilk tibbi yardım üçün lazım olan ləvazimatlar olan tibbi çanta olması təmin edilməlidir.

© 2020 Əkinçilik ETİ