Xəbərlər

Əkinçilik ET İnstitutu ilə “Agro Dairy” şirkəti arasında görüş keçiriləcək.

01.06.2020 tarixində Əkinçilik ET İnstitutu ilə “Agro Dairy” şirkəti arasında növbəti görüş keçiriləcək. Görüşün məqsədi ölkədə bərk buğda sortlarının əkin dövriyyəsinin artırılması, bu istiqamətdə birgə işlərin təşkili məsələlərindən ibarətdir. Bundan başqa fermerlərin bərk buğda istehsalına marağının artırılması istiqamətində tədbirlər görülməsi, Əkinçilik ETİ-nin yaratdığı sortlar haqqında fermerlərə dolğun məlumatların çatdırılması, birgə nümayiş əkin sahələrinin yaradılması da nəzərdə tutulub.

© 2020 Əkinçilik ETİ