Xəbərlər

Fermerlərə tövsiyə: Xaşa bitkisinin becərilməsi

Xaşanın aqrotexnikası. Xaşa üçün ayrılan torpaq sahəsi alaqlarla mümkün qədər az zibillənən olmalıdır. Çünki xaşanın cücərtiləri zəif böyüyür və alaqlar onu inkişafının ilk dövrlərində üstələyir.

Növbəli əkində xaşanın sələfi payızlıq və yazlıq dənli taxıl, tərəvəz, bostan, texniki, yem və s. bitkilər ola bilər. Torpağın səpinqabağı becərmə sistemləri sələflərdən asılı olaraq müəyyən edilir. Sələfin məhsulu yığıldıqdan sonra sahə 25-27 sm dərinliyində şum edilir. Şumdan sonra tarlada alaq otlan əmələ gələrsə kultivasiya çəkmək, onları məhv etmək lazımdır. Aran zonasında, xüsusi ilə ağır mexaniki tərkibli torpaqlarda sahəni arata qoymaq əlverişli sayılır. Yüngül mexaniki torpaqlarda isə səpin və suvarma aparmaq məsləhət görülür. Dağ və dağətəyi rayonlarda xaşanı dəmyə şəraitində də becərmək olur. Burada əsas məsələ əraziyə kifayət qədər yağmur düşməsidir.

Xaşa çöl, yem və torpaq qoruyucu növbəli əkinlərdə becərilir. Yemlik növbəli əkinlərdə xaşanı dənli bitkilərdən və yemlik kökümeyvəlilərdən sonra əkirlər. Yamacların çəmənləşməsində onu örtüksüz olaraq qırtıcla qarışıq səpirlər.

Bütün xırda toxumlu bitkilərdə olduğu kimi səpin qabağı hazırlıqda əsas tələb torpağın malalanması və hamarlanmasıdır. Xaşanı çox vaxt yazlıq bitkilərin örtüyünün altında səpirlər. Meşə-çöl və dağətəyi rayonlarda səpin norması 4-5 mln toxum/ha təşkil edir.      

Səpinin dərinliyi: 3-4 sm-dir. Örtük bitkilərinin yığımından sonra xaşanın basırıqda qalmaması üçün samanı tez bir zamanda yığırlar.

Xaşa kövşənlik sahəsinə əkildikdə kövşənin hündürlüyu 10 sm-dən çox olmamalıdır. Belə ki, hündür kövşən xaşanın cücərtilərini günəş şüaları təsirindən qoruyur, qışda isə qar yığılmasına kömək edir. Növbəti ilin yazında kövşəni malalama yolu ilə dağıdırlar. 

Xaşanın səpin müddəti, üsulları və normaları. Xaşanı Azərbaycanda həm payızda, həm də yazda səpmək olar.Payız səpinlərində                                                                                           xaşanın məhsuldarlığı yaz səpininə nisbətən 30-35% üstün olur. Payız səpini üçün ən əlverişli vaxt sentyabnn əvvəlindən oktyabnn 15-ə qədər olan dövrdür. Dağ və dağ ətəyi dəmyə şəraitində xaşanı sentyabrın 10-a qədər səpmək lazımdır. Aran suvarma zonalannda isə 15 oktyabra kimi səpmək olar. Gecikdırilmiş səpinlərdə bitkilərin bir qismi şaxtadan məhv olduğunda əkinlər xeyli seyrəlir və əkinin məhsuldartığı aşağı olur.Xaşanın yaz səpin müddəti suvarma şəraitində fevralın 25-dən martın 10-dək olan dövr sayılır. Dəmyə şəraitində (dağ və dağətəyi rayonlarda) xaşanın yaz səpinləri martın 15-dən sonra aparılmalıdır.

Suvarma şəraitində səpini arat olunmuş sahədə səpmək əlverişlidir. Lakin səpsuvar da etmək olar. Suvarma şəraitində toxumları 3-4 sm, dəmyə torpaqlarda isə 4-5sm dərinliyə basdırmaq lazımdır. Xaşanı ot üçün becərdikdə başdan-başa üsulla, toxum almaq üçün becərdikdə isə həm başdan-başa və həm də gencərgəli üsulla səpmək məsləhət görülür.

Başdan-başa səpin üsulunda cərgə araları 7,5 və ya 15 sm götürülür. Taxıl toxumları səpən maşının hər 4 toxum aparıcısından bir şırımaçan bərkidilir. En götürümü 25-35 sm olmaqla onlar elə açılır ki, səpilən toxumların üstünə əlavə torpaq tökülməsin. Həmin şırımlarla sahə suvanlır.

Dağ və dağətəyi dəmyə şəraitinin çox meyilli sahələrində səpini yağıntı sularının axınının köndələninə aparmaq lazımdır. Bu halda cərgələr selin qarşısını alır və erroziyanı azaldır.

Toxumları gencərgəli səpin üsulu ilə səpmək üçün tərəvəz toxumlarım səpən maşınlardan (SON-2,8) istifadə etmək olar.

Xaşanın digər bitkilərlə qarışıq səpmək olar. Bu halda qarışıq bitkinin məhsulu yığıldıqdan sonra sahə gübrələnib suvarılır və xaşa əkinlərindən ot və ya toxum məhsulu götürülür. 

Xaşanın səpin norması səpin üsulundan, torpaq iqlim şəraitindən və onun ot və ya toxum üçün becərilməsindən asılıdır.

Xaşanın yem üçün yığılması. Xaşa çoxillik paxlalı otlardan tez çiçəklməsi və yoncaya nisbətən 5-10 gün, tez biçilməsi ilə fərqlənir. Xaşa və onun qarışığının optimal yığım müddəti qönçələmə və çiçəklənmənin əvvəli hesab edilir. Bu yığım dövründə yemlərin ən yüksək qidalılıq səviyyəsi olur.

Xaşa il ərzində orta hesabla 2-3 dəfə biçilir. Birinci biçin dənli bitkilər tam çiçəkləyəndə, axınncı biçin qışlamaya təxminən bir ay qalmış aparılır. Bitkinin gec biçilməsi növbəti biçinlərə mənfi təsir göstərir, həm də bitki ehtiyat qida maddələrini lazımsız formada sərf etmiş olur. Biçin torpaqdan 7-8sm hündürlükdən aparılır. Aşağı məsafədən biçin aparmaq xaşada yeni tumurcuqların əmələ gəlməsini ləngitməklə biçin müddətinin uzanmasına səbəb olur.

Xaşanı toxum almaq məqsədilə becərdikdə gencərgəli səpin üsulunda hər hektara 25-35kq toxum səpilməlidir. Ot məhsulu götürmək üçün isə xaşanın səpin norması 80-100kq arasında götürülməsi məsləhətdir. Xaşanı arpa, buğda, vələmir kimi örtük bitkiləri ilə birlikdə səpdikdə örtük bitkilərinin səpin normasım 20% azaltmaq (90-100 kq), xaşanınkını isə bir qədər artırmaq (120kq) lazımdır.

    Xəstəlikləri və mübarizə üsulları. Xaşa bitkisində ən geniş yayılmış xəstəliklər aşağıdakılardır:

   Unlu şeh (külləmə xəstəliyi)- Xəstəlik göbələklər tərəfindən törədilir. Xəstəlik iyunun sonu iyulun əvvəlində əmələ gəlir.Yayın sonu və payızda xəstəlik maksimum in- kişafa çatır. Yarpağın hər 2 tərəfində və gövdədə mitsel və konididaşıyanlardan ibarət asanlıqla silinən ağ, unlu örtük əmələ gəlir. Xəstəlik ot və toxum məhsullarının itkisinə səbəb olur. Xəstəlik yarpaqların assimlyasiya səthinin azalmasına və vaxtından əvvəl qurumasına səbəb olur. Xəstəliyin təsirindən bitkinin yarpaqları, zoğu və paxlaları məhv olur. Xəstəlik geniş yayıldıqda xaşanın toxum məhsulu 50%, hətta 70%-ə qədər azalır.

Pas xəstəliyi - pas göbəliyi tərəfindən törədilir. Bu xəstəlik bitkinin yarpaqlarını, saplağını, çiçəyini, paxlanı məhv edir. Xəstəliyinin əsas əlaməti bitkinin vegetativ, generativ orqanlarında pas rəngli ləkələrin əmələ gəlməsidir. Pas xəstəliyi erkən inkişaf dövründə xüsusilə təhlükəlidir. Sirayətlənmiş zoğlar az məhsuldar olur. Xəstəliyin nəticəsində bitki çoxlu miqdarda karbohidrat və protein itirir, məhsulu 30-60% azalır. Bitkinin bu xəstəliyə yoluxması nəticəsində ot məhsulu və onun qidalılıq keyfiyyətləri yüksək dərəcədə aşağı düşür. 

Fuzarioz xəstəliyi - Bu xəstəlik  Fusarium cinsinə aid göbələk növləri tərəfindən törədilir. Xəstəliyin güclü təsiri nəticəsində bitkinin ancaq qəhvəyi rəngli yarpaqsız saplağı qalır. Bu göbələklərin bəzi növləri çürümə verərək bitkinin kökünü məhv edir. Xəstəlik geniş yayıldıqda bu göbələklər bitkilərin kütləvi məhvinə səbəb olur.

Mübarizə üsulları– Xəstəliyə tutulmuş bitkilərin erkən çalınması, daha az yoluxmuş səpin yerlərinin istifadə olunması, yeni səpin yerlərinin əvvəlki səpin yerlərindən uzaq olması, xəstəliyə qarşı dözümlü sortların yaradılması.

Ziyanvericiləri-ziyanvericilərdən ən çox təhlükəlisi toxumyeyən və xaşa paxlaqurdudur. Bu ziyanvericilər paxla və toxumu məhv edir. Ziyanvericilərdən biri də xaşa evritomasıdır. Bu ziyanverici öz yumurtalarını toxumun daxili hissəsinə qoyur. Yumurtadan çıxan tırtıllar toxumun içərisini yeyir.

Mübarizə üsulları:

toxumları yaxşıca təmizləmək;

zədələnmiş toxumlar sağlam toxumlardan çox yüngül olduğu üçün onu toxum təmizləyən maşınların köməyi ilə asanlıqla ayırmaq olur. Daha sonra seçilmiş zədəli toxumları yandırmaq lazımdır.

 Hər bir fermer yuxarıda verilmiş aqrotexniki qaydalara əməl etməklə xaşa bitkisindən yüksək məhsul götürə bilər, bu baxımdan da xəstəlik törədiciləri və ziyanvericilərini nəzərə almaqla, göstərilən mübarizə üsullarını tətbiq etməklə daha yüksək və keyfiyyətli məhsul əldə edə bilər.

 

© 2020 Əkinçilik ETİ