Xəbərlər

Əkinçilik Elmi-Tədqiqat İnstitutu toxum istehsalıçıları ilə əməkdaşlığı genişlənirir

Aqrar Elm və İnnovasiya Mərkəzinin Əkinçilik Elmi-Tədqiqat İnstitutu (ETİ) toxum istehsalıçıları ilə əməkdaşlığı genişlənirir. Bu məqsədlə Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Faiq Xudayev Azərbaycan Toxumçular Assosiasiyasının icraçı direktoru Ehtiram Nağıyev və “Agrotac” MMC-nin rəhbərliyi ilə görüşüb.

Ehtiram Nağıyev Əkinçilik ETİ ilə əməkdaşlıqda maraqlı olduqlarını qeyd edib. O, əməkdaşlıq imkanları və qarşıda duran vəzifələrlə bağlı məlumat verib.

Görüş çərçivəsində Faiq Xudayev institutun tədqiqat prioritetləri, fəaliyyət istiqamətləri,  institutunun rayonlaşmış sortlarından bəhs edib, əkinçiliyin məhz sağlam toxumdan başlandığını vurgulayıb.

“Hər bir  halda fermerlərin yanında olmağa, xidmətləri yaxşılaşdırmağa çalışırıq. Bunun üçün də fermerin bizdən nə istədiyini bilməliyik. Bu gün Kənd Təsərrüfatı Nazirliyi,  Əkinçilik ETİ olaraq başlıca vəzifəmiz fermerləri məmnun edə biləçək xidmətlərin göstərilməsindən ibarətdir. Respublikanın torpaq-iqlim şəraitinə uyğun toxumların idxalı və yetişdirilməsi məsələsinə xüsusi diqqət yetirməliyik”, - deyə Faiq Xudayev əlavə edib.

Görüşdə bölgələrdə əkilən toxum sortlarının əsasında təhlil aparılması və fermerlərin yeni toxum sortlarına olan təlabat səviyyəsinin müəyyənləşdirilməsi ilə bağlı qərar qəbul edilib.

© 2020 Əkinçilik ETİ