Xəbərlər

Suvarma şəraitində buğdanın becərilməsi

Kənd təsərrüfatı bitkilərinin, xüsusilə buğdanın ümumi istehsalını artırmaq üçün ilk növbədə vahid sahədən alınan məhsulun, yəni məhsuldarlığın yüksəldilməsi çox vacib şərtlərdən biridir. Məhsuldarlığın artırılması üçün məhsuldar sort və sağlam toxumdan istifadə edərək becərmə texnologiyasının bütün elementlərinin vaxtında və keyfiyyətlə həyata keçirilməsinə əməl olunmalıdır.

Əkinçilik Elmi-Tədqiqat İnstitutu adlı şəxsin şəkli.
Növbəli əkində yeri. Respuplikamızın suvarma şəraitində payızlıq buğda əsasən çoxillik otlardan (yonca, xaşa), cərgəarası becərilən (pambıq, qarğıdalı, şəkər çuğunduru), tərəvəz, bostan, dənli-paxlalı və taxıl bitkilərindən sonra yerləşdirilir.
Buğda üçün tövsiyə olunan qısa rotasiyalı növbəli əkin sxemləri aşağıdakılardır:
2 tarlalı növbəli əkinlər
1. Pambıq. 2. Payızlıq buğda
1.Yonca. 2. Payızlıq buğda
3 tarlalı növbəli əkinlər
1.Yonca (2 illik). 2. Pambıq 3.Payızlıq buğda
Pambıqdan sonra torpağın əsas və səpinqabağı becərilməsi. Sahə pambıq çöplərindən təmizlənərək 20-22 sm dərinlikdə şumlanır. Sonra şumun köndələni istiqamətində diskili mala ilə malalanır və hamarlanaraq səpinə hazırlanır.
Alaqlardan təmiz və mexaniki tərkibinə görə nisbətən yüngül torpaqlarda dərin şum aparmadan bir-birinin əksi istiqamətində 2 dəfə 10-12 sm dərinlikdə ağır diskili mala ilə becərmə aparmaqla kifayətlənmək olar. Bu zaman həm yanacağa, həm də vaxta xeyli qənaət olunur ki, bu da fermerlər üçün iqtisadi cəhətdən daha səmərəlidir.
Yoncadan sonra torpağın becərilməsi.

Əkinçilik Elmi-Tədqiqat İnstitutu adlı şəxsin şəkli.
Yonca sahələri uzun müddət (3-4il) bitki altında qaldığına görə onu növbəli əkin tarlasında 2 ildən artıq saxlamaq məsləhət deyildir.
Yoncadan sonra sahəni buğda səpini üçün hazırlayarkən diqqətli olmaq lazımdır. Belə ki, yoncadan sonra səpilmiş buğda sahələrində yazda yonca pöhrələri böyüyərək sahəni basır və buğdanın böyümə və inkişafına mənfi təsir edir. Odur ki, belə sahələri səpinə hazırlayarkən yonca biçildikdən sonra (sentyabr ayında) bu bitkinin kök boğazını və köklərini fəaliyyətdən salmaq üçün sahəyə xırdalayıcı diskili mala çəkmək lazımdır. Bu əməliyyat sahəyə 2,4 D herbisidinin amin duzunu çilədikdə daha yaxşı nəticə verir. Diskili maladan sonra sahə 22-25 sm dərinlikdə şumlanır və hamarlanaraq səpinə
Səpin norması. Payızlıq buğdanın adi cərgəvi səpinlərdə optimal səpin norması hektara 4,0-4,5 milyon (180-200 kq), tirəli səpinlərdə isə 3,0-3,5 milyon (130-140 kq) cücərən dən hesab olunur.
Səpinlə birlikdə hektara fiziki çəkidə 100-150 kq mürəkkəb gübrənin (nitrofoska və ya ammofoska) verilməsi yaxşı nəticə verir.
Toxum dərmanlanmayıbsa, onu 200 kq toxuma 0,08-0,1 L hesabı ilə Raksillə və yaxud 0,6 L Vitovaks 200 FF-lə dərmanlamaq lazımdır.
Suvarma. Səpindən sonra adi cərgəvi səpinlər hektara 800 m3, tirəli səpinlər isə 600 m3 su norması ilə səpsuvar edilir.
Vegetasiya dövründə buğda sahələri hektara hər biri 500-600 m3 su normasında olmaqla 2-3 dəfə suvarılır.
Gübrələrin verilməsi. Şum altına və yaxud səpinqabağı becərmədən əvvəl hektara 400-450 kq superfosfat
gübrəsinin və 10 t peyinin, yazda isə buğdanın kollanma mərhələsində hektara fiziki çəkidə 300-350 kq yemləmə şəklində azot gübrəsinin (ammonium şorası) verilməsi məsləhətdir.
Azot gübrəsinin verilməsindən sonra sahənin suvarılması onun mənimsənilməsini yaxşılaşdırır.
Alaqlarla mübarizə. Yazda kollanma mərhələsində birləpəli alaqlara qarşı 0,6-0,8 L/ha Puma super və ya 0,3-0,4 L/ha Topik, ikiləpəlilərə qarşı 1,6-2,0 L/ha 2,4-D herbisidinin amin duzu və ya 0,15-0,18 kq/ha Lintur herbisidləri taxıl sahələrinə çilənir.
Dən məhsulunun yığılması. Məhsul dənlərin tam yetişmə fazasında taxıl yığan kombaynla birbaşa yığılır.
Taxıl biçininə səhər tezdən başlamaq məsləhət bilinmir. Çünki, bu zaman sünbüllərdə nəmliyin miqdarı çox olduğuna görə onlar yaxşı döyülmür. Nəticədə kombayndan çıxan samanın tərkibində bütöv və tam döyülməmiş sünbüllər müşahidə olunur ki, bu da xeyli dən itkisi deməkdir.Ona görə də taxıl biçiminə səhər saat 1000-1100 radələrində başlanması tövsiyə edilir.

Əkinçilik Elmi-Tədqiqat İnstitutu adlı şəxsin şəkli.
© 2020 Əkinçilik ETİ