Xəbərlər

Online təlimlər davam edir

16.07.20 tarixində Əkinçilik Elmi-Tədqiqat İnstitutunun “Davamlı əkinçilik və bitki diversifikasiyası şöbəsinin əməkdaşı b.ü.f.d., dosent Sevindik Dünyamalıyev “Təkrar əkinlər” mövzusunda online təlim kecib. Online təlimə Dövlət Aqrar İnkişaf Mərkəzlərinin əməkdaşları, fermerlər, kənd təsərrüfatı mütəxəssisləri və s. qoşulublar.

S. Dünyamalıyev təkrar əkinlərdə qarğıdalı bitkisinin böyümə və inkişafına, məhsuldarlığına təsir edən amillər, istehsal olunan dənin keyfiyyət göstəricilərinə mənfi təsir edən amillər, kənd təsərrüfatı bitkilərinin gübrələnməsi, vərdələmə əməliyyatının əhəmiyyəti (dəmyə bölgələrində) və s. istiqamətli məsələlərə aydınlıq gətirib.

Suallar cavablandırılıb, müzakirələr aparılıb.

© 2020 Əkinçilik ETİ