Xəbərlər

Aqrar Elm və İnnovasiya Mərkəzinin Həmkarlar İttifaqı Komitəsinin Rəyasət Heyətinin online formatda iclası keçirilib

17.07.20-ci il tarixində Kənd Təsərrüfatı Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsi, Aqrar Elm və İnnovasiya Mərkəzinin rəhbərliyi ilə birgə Rəyasət Heyətinin yarımilin yekunlarına və fəaliyyət hesabatının müzakirəsinə həsr olunmuş, Aqrar Elm və İnnovasiya Mərkəzinin Həmkarlar İttifaqı Komitəsinin Rəyasət Heyətinin Zoom proqramı vasitəsilə iclası keçirilib. Online formatda keçirilən toplantıda Rəyasət Heyətinin üzvləri ilə yanaşı Kənd Təsərrüfatı Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri Fuad Məmmədov, Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru İmran Cümşüdov, eləcə də tabeli qrumların - Əkinçilik Elmi Tədqiqat İnstitutunun direktoru Faiq Xudayev, institutun Həmkarlar Təşkilatı Komitəsinin sədri Sevindik Dünyamalıyev, institutun əməkdaşı KTN Həmkarlar Təşkilatı kollegiyasının üzvü Həlimə Məmmədova, Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun, Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunun, Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutunun, Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutunun, Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun, Baytarlıq və Elmi Tədqiqat İnstitutunun rəhbərləri, həmkarlar ittifaqı ilk təşkilatlarının sədrləri iştirak ediblər. Təşkilatın sədri Talıb Hüseynov məruzə ilə çıxış edib. Həmkarlar ittifaqının fəaliyyəti yüksək qiymətləndirilib.

Əkinçilik ETİ

© 2020 Əkinçilik ETİ