Xəbərlər

Meşələrə otarmanın neqativ təsirini azaltmaq məqsədilə layihə çərçivəsində tədbirlər həyata keçirilib

Azərbaycanda meşə sahəsi üzrə bilik çərçivəsinin möhkəmləndirirlməsi  üçün meşə ehtiyatlarının qiymətləndirirlməsi və monitorinqi (GCP/AZE/007/GFF) adlı layihə çərçivəsində Zərdab rayonu Otmanoba kənd ərazisində yerləşən Meşə İdarəsinə məxsus ərazidə meşələrə otarmanın neqativ təsirini azaltmaq üçün yenidən bərpa olunmuş 50 ha otlaq ərazisinin bərpası və yaxşılaşdırılması məqsədilə 16 mart 2020-cu il tarixdə Əkinşilik ET İnstitutu tərəfindən  əkin aparılıb. Həmin əkin sahəsinin hazırki vəziyyətini araşadırmaq məqsədilə 06 avqust 2020-ci il tarixdə sahələrə baxış keçirirlib. Baxışda əkinçilik ET İnstitutunun iççi qrupunun  rəhbəri Atif Zamanov, üzviləri Qabil Kazımov, Mehman Məmmədov, Saday Məmmədov və Otlaq sahələrinin yaxşılaşdırılması üzrə Milli ekspert Rasıb Zeynalov iştirak etdilər. Baxışdan sonra fermer Səmədzadə Sahib Qardaşxan oğlu  ilə birlikdə sahələrin hazırki vəziyyəti müzakirə olunub və tösiyyə xarakterli məsləhətlər verilib. 

© 2020 Əkinçilik ETİ