Xəbərlər

Erməni faşistlərinin azərbaycanlı dinc əhaliyə qarşı təxribatları davam edir

27 sentyabr 2020 tarixindən etibarən yeni təcavüz aktına əl atan Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, o cümlədən Cenevrə Konvensiyasının tələblərini kobudcasına pozaraq Azərbaycan Respublikasının  yaşayış məntəqələrini, mülki əhalisini, mülki infrastrukturunu və hərbi mövqelərini məqsədyönlü şəkildə hədəfə almışdır.

    Buna baxmayaraq Ermənistan tərəfi ənənəvi şəkildə yenə də yalan və iftiralara əl ataraq Azərbaycanlı mülki şəxsləri və obyektləri hədəfə almadıgını bildirir. Halbuki, sentyabrın 27-dən indiyə qədər 30-dan çox mülki şəxs qətlə yetirilib, 130 nəfər yaralanıb və 300-dən çox ev, mülki obyekt, infrastruktur dağıdılıb.

   “Azərbaycan tərəfində olan dəqiq faktlara və məlumatlara əsasən, respublikamızın böyük şəhərlərinə Gəncə, Mingəçevir şəhərləri, Abşeron və Xızı rayonları Ermənistanın Gorus, Sisyan, Vardenis, Cermuk və Berd şəhərlərindən raket atəşlərinə məruz qalıb”. Ermənistanın Berd bölgəsindən Azərbaycanın 500 min əhalisi olan Gəncə şəhərinə raket hücumları davam edir. İntensiv raket hücumları mülki əhalini məhv etmək məqsədi ilə Ermənistanın həyata keçirdiyi dövlət terrorudur. Buna görə Ermənistanın siyasi-hərbi rəhbərliyi məsuliyyətə cəlb olunmalıdır. Azərbaycanın bütün sülhsevər səylərinə baxmayaraq, Ermənistan destruktiv siyasəti ilə problemin mərhələli şəkildə tənzimlənməsinə mane olur, siyasi və hərbi təxribatlar vasitəsilə danışıqlar prosesini pozmağa çalışır və Azərbaycan ərazilərinin işğalına əsaslanan mövcud status-kvonu qorumağa çalışır. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın beynəlxalq sərhədləri və ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Hazırda dünya birliyi Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü birmənalı şəkildə tanıyır və dəstəkləyir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açıq bəyan edib ki, “Azərbaycanın ərazi bütövlüyü danışıqların mövzusu deyil və heç vaxt olmayacaq... Azərbaycan bu mövqedən bir addım belə geri çəkilməyəcək. Yəni, Azərbaycanın ərazi bütövlüyü məsələsində... heç bir güzəşt olmayacaq”.

Ermənistanın 27 sentyabr 2020-ci ildə başlayan və hər gün genişlənən təcavüzü Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 bölgə üzərində qanunsuz hərbi nəzarətindən qaynaqlanan və 30 mindən çox insanın həlak olmasına 1 milyondan çox insanın qaçqın düşməsinə səbəb olan Ermənistan – Azərbaycan arasındakı silahlı münaqişəni daha da artırır. Bununla yanaşı Türkiyə və Rusiyanın cəlb olunması ilə konfliktin genşlənməsi təhlükəsi yaranır.

Hörmətli həmkarlar! Sizi Ermənistanı 1994-cu ildə əldə edilmiş atəşkəsi kobud şəkildə pozduğuna və Azərbaycanın silahlı qüvələrinə, mülki şəxslərinin mövqelərinə intensiv surətdə iri çaplı silah, minaatan və artilleriya silahlarından istifadə etdiyinə görə qınamağa və BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrdə göstərildiyi kimi Ermənistan silahlı qüvvələrinin Azərbaycanın qanunsuz olaraq işğal olunmuş ərazilərindən çıxarılmasını tələb etməyə çağırırıq.

                        

© 2020 Əkinçilik ETİ