Xəbərlər

“Reqional qabaqçıl təcrübə mərkəzlərinin əməkdaşlığının genişləndirilməsi yolu ilə buğdanın inkişaf etdirilməsi” mövzusunda online formatında tədbir kecirilib

14 oktyabr 2020 tarixində Qazaxstanın Nur-Sultan şəhərində Buğdanın İnkişafı Üzrə Qabaqcıl Təcrübə Mərkəzində II Asiya Yarımqrupunda online formatında (Zoom) Reqional qabaqçıl təcrübə mərkəzlərinin əməkdaşlığının genişləndirilməsi yolu ilə buğdanın inkişaf etdirilməsi” mövzusunda ilk tədbir kecirilib. Tədbirdə İslam Ərzaq Təhlükəsizliyi Təşkilatının Qazaxıstan, Özbəkistan, Azərbaycan, Qırğızıstan, Əfqanıstan, Tacikistan, Misir və İran ölkələri nümayəndələrinin  iştirak ediblər.

İslam Konfransı Təşkilatı (İKT) çərçivəsində əməkdaşlığın məqsədi müvafiq sosial-iqtisadi sahələrdə arzu olunan inkişaf hədəflərinə çatmaq üçün üzv dövlətlərin institutlarının texniki və sənaye potensialını yaratmaq üçün qabaqcıl təcrübəyə malik mərkəzlərin rolunu aktuallaşdırmaqdır. Həmçinin texnologiya və elm sahələrindəki mənbələri birləşdirmək səmərəliliyi artıracaq və bununla da üzv dövlətlər arasında çoxtərəfli əməkdaşlıq üçün imkanlar yaradacaqdır.

 Tədbirdə Respublikamızı Əkinçilik Elmi-Tədqiqat İnstitutunun “Dənin keyfiyyəti” laboratoriyasının aparıcı elmi işçisi, b.ü.f.d., dosent Məmmədova Sevinc Mehti qızı təmsil edib. O, “Azərbaycanda perspektiv buğda seleksiya materiallarının qiymətləndirilməsində birgə ekoloji sınaqların perspektivləri” mövzusunda təqdimatla çıxış edərək, qlobal iqlim dəyişkənliyi fonunda ətraf mühitin stress faktorlarına davamlı, respublikamızın müxtəlif becərmə şəraitlərinə uyğun məhsuldar buğda sortlarının yaradılması üzrə Əkinçilik Elmi-Tədqiqat İnstitutunda aparılan seleksiya işləri haqqında məlumat verib.

Onu da qeyd edək ki, S.M.Məmmədovanın dolğun təqdimat əsasında cıxışı tərifə layiq görülüb.

© 2020 Əkinçilik ETİ