Xəbərlər

Elmi-tədqiqat institutları ilə Regional Aqrar Elm və İnnovasiya Mərkəzləri arasında elmi əməkdaşlığın təşkilinə həsr edilmiş videokonfrans keçirilib

14.10.20 tarixində elmi-tədqiqat institutları ilə Regional Aqrar Elm və İnnovasiya Mərkəzləri arasında elmi əməkdaşlığın təşkili” nə həsr edilmiş videokonfrans keçirilib. Videokonfransı Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru İmran Cümşüdov açaraq mövzu üzrə aktual məsələlərə toxunub, bir sıra problemlərin mövcudluğunu vurğulayıb və onların aradan qaldırılması yollarına aydınlıq gətirib.

Aqrar Elm və İnnovasiya Mərkəzinin direktor müavini Fərman Kərimov elmi nailiyyətlərin və qabaqcıl təcrübənin tətbiqi ilə əlaqdar elmi-tədqiqat institutları ilə regional aqrar elm və innovasiya mərkəzləri arasında elmi əməkdaşlığın təşkili çərçivəsində fikirlərini diqqətə catdıraraq bu istiqamətdə vacib işlərin görülməsinin mühüm əhəmiyyətindən danışıb. Aqrar Elm və İnnovasiya Mərkəzinin şöbə müdiri Cavanşir Təlai elmi-tədqiqat institutlarının bölgələrdə toxumçuluq fəaliyyəti ilə məşğul olan təcrübə təsərrüfatlarında payızlıq əkinlərin gedişi haqqında ətraflı məlumat verib.

Sonra Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm və İnnovasiya Mərkəzinin tabeliyində fəaliyyət göstərən elmi tədqiqat institutlarının direktorları elmi-tədqiqat institutları ilə Regional Aqrar Elm və İnnovasiya Mərkəzləri arasında elmi əməkdaşlığın təşkilindən bəhs edib və müxtəlif fikirlər bildiriblər.

© 2020 Əkinçilik ETİ