Xəbərlər

İnstitutun əməkdaşı Türkiyədə ekoloji təmiz kənd təsərrüfatına həsr edilmiş təlimdə iştirak etdi

İnstitutun davamlı əkinçilik və bitki diversifikasiyası şöbəsinin kiçik elmi işçisi Tarıverdi İslamzadə Beynəlxalq Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) “Türkiyədə və Azərbaycanda ekoliji təmiz kənd təsərrüfatının inkişafı və institusional bacarıqların artırılması” layihəsi çərcivəsində 10-14 iyul 2017-ci il tarixində Türkiyədə keçirilən təlimdə iştirak etdi.Təlimdə Bitkiçilik üzrə Baş İdarənin baş direktor müavini Rəsul Durmazın rəhbərliyi ilə Yaxşılaşdırılmış k/t təcrübələri və üzvi əkinçilik Dairəsinin başçısı Sabahat Güllüoğlu, lahiyəyə məsul nazirliyin nümayəndəsi Fatma Akyol, FAO-nu təmsil edən Naciyə Birim Mor və Azərbaycan nümayəndə heyətindən isə Tərlan Əsgərov, Səfərəli Nəsirov iştirak edirdilər.Proqramın ikinci günü təlim iştirakçıları Yaxşılaşdırılmış k/t təcrübələri və üzvi əkinçilik Dairəsinin başçısı Sabahat Güllüoğlu, layihəyə cavabdeh nazirliyin nümayəndəsi Fatma Akyol və Ankara Qida, Kənd Təsərrüfatı və Heyvandarlıq İnstitutu ilə birlikdə Beypazarı bölgəsində tərəvəz sahələri və Ankarada təmiz bal istehsal edən zavodun işi ilə yaxından tanış olmuşlar. Proqramın üçüncü günü isə İzmir Qida, Kənd Təsərrüfatı və Heyvandarlıq İnstitutunda toplantı keçirilmişdir. Toplantıda iştirak edən təmsilçilər ölkələrində kənd təsərrüfatı sahələrinin yaradılması, onların rolu barədə danışıqlar aparmış, təbii arıçılıq tətbiqetmələri haqqında məlumatlarla tanış olmuşlar.Eyni zamanda Nəzarət Birliyi Sertifikatlaşdırma Mərkəzi və sahələrə baxış keçirilmişdir. Proqramın dördüncü günü iştirakçıların üzvi meyvə və tərəvəz istehsalçıları və zeytun yağı muzeyinə, beşinci gün isə bazar və satış yerlərinə ziyarəti baş tutmuşdur. Daha sonra Azərbaycan nümayəndə heyətinin birgə iştirakı ilə yekun iclası keçirilmiş və müzakirələr aparılmışdır.

© 2020 Əkinçilik ETİ