Xəbərlər

Tütün sahələrində tütünçü fermerlərlə görüş keçirilib

Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2016-cı il tarixli 1138 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair “Strateji Yol Xəritəsi”- nə uyğun olaraq ölkəmizdə tütünçülüyün inkişafına dövlət dəstəyinin gücləndirilməsi, bu sahənin potensial imkanlarından səmərəli istifadə edilməsi, tütün istehsalına marağın artırılması məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017–2021-ci illər üçün “Dövlət Proqramı” haqqında sərancam imzalamışdır.

Dövlət Proqramının əsas məqsədi tütün və tütün məmulatına olan tələbatın ödənilməsi, tütün emalı müəssisələrinin fəaliyyətinin genişləndirilməsi və müasir texnologiyalar əsasında yeni müəssisələrin yaradılması, xammal təminatının yaxşılaşdırılması, tütünçülük məhsullarının ixracının artırılması və kənd əhalisinin məşğulluq səviyyəsinin yüksəldilməsi üçün ölkədə tütünçülüyün inkişafını stimullaşdırmaqdan ibarətdir. Bu məqsədə nail olmaq üçün 2021-ci ilədək orta məhsuldarlıq 20 sen/ha olmaqla, əkin sahələrinin 6 min hektara, məhsul istehsalının isə 12 min tona çatdırılması nəzərdə tutulmuşdur.

İnstitutun Davamlı Əkilçilik və Bitki diversifikasiyası şöbəsininin böyük elmi işçisi Kazımov Qabiı Adil oğlu 22 sentyabr 2021-ci il tarixdə Dövlət Proqramının həyata keçirilməsi dəstək məqsədilə Şəki rayonu Aşağı Göynük kəndində fermer Nurullayev Vahid Əbdürrəhman oğlu ilə bağlanmış 19 aprel 2021-ci il tarixli 19 saylı, Qax rayonu Zəyəm kəndində fermer Alagözöv Qüdrət Abdulla oğlu ilə bağlanmış 20 aprel 2021-ci il tarixli 20 saylı, Zaqatala rayonu aşağı Tala kəndində fermer Kələşov Akif Əhməd oğlu ilə bağlanmış 21 aprel 21 saylı, Balakən rayonu Gərəkli kəndində Xipiyev Ələddin Nəsrəddin öğlu ilə bağlanmış müqavilələrin şərtlərinə uyğun olaraq “Vircininya tipli “Kokker 347” ətirli tütün sortlarının  becərilməsinə müxtəlif innovativ aqrotexniki tədbirlərin məhsuldarlığa təsirinin elmi əsaslarla öyrənilməsi, tətbiqi, yayımı və fermerlərə nümayiş etdirməklə yüksək quru yarpaq məhsulu alınması” mövzusuna dair elmi tövsiyyələrin verilməsi ilə bağlı olaraq 22-24 sentyabr 2021-ci il tarixlərdə həmin fermerlərin tütün sahələrində tütünçülərlə görüş keçirmişdir. Görüşlər zamanı Q.Kazımov təsərrüfatda çalışan işçilərə Virciniya tipli tütün sortalrının elmi əsasalarla becərilməsinə -yəni qida sahəsinin və qidalanma şəraitinin məhsuldarlığın artırılmasında əhəmiyyəti barədə fikir və mülahizələrini onlarla bölüşmüş və öz məsləhətlərini vermişdir.

© 2020 Əkinçilik ETİ