Xəbərlər

Əkinçilik Elmi-Tədqiqat İnstitutunda 27 Sentyabr Vətən Müharibəsi Şəhidlərinin Anım Günü ilə əlaqədar Şəhidlərimizin anım mərasimi keçirilib.

Əkinçilik Elmi-Tədqiqat İnstitutunda 27 Sentyabr Vətən Müharibəsi Şəhidlərinin Anım Günü ilə əlaqədar Şəhidlərimizin anım mərasimi keçirilib. İnstitutun direktoru Faiq Xudayev Vətən Müharibəsi zamanı Müzəffər Ordumuzun döyüşlərdə göstərdiyi rəşadətindən bəhs edib. Bildirib ki, Ulu Öndər Heydər Əliyevin başlatdığı müdrik və uzaqgörən siyasətinin uğurlu davamçısı olan Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qətiyyəti sayəsində Azəbaycan həm döyüş meydanında, həm siyasi meydanda, həm də informasiya meydanında qalib ölkəyə çevrildi. Xalq-Dövlət birliyi daha da möhkəmləndi.Məhz onun sayəsində, xalq öz Prezidentinin, Ali Baş Komandanının ətrafında Dəmir Yumruq kimi birləşdi. Həmin Dəmir Yumruq isə düşmənin belini qıraraq sonda düşmənin kapituliyasiyaya getməsinə məcbur etdi. Daha sonra isə, ölkəmizin ərazi bütövlüyü uğrunda canını qurban vermiş bütün Şəhidlərimizin xatirəsi saat 12:00-da 1 dəqiqəlik sükutla yad edilib, ruhuna dualar oxunub.

© 2020 Əkinçilik ETİ