Xəbərlər

Əkinçilik ET İnstitutunun əməkdaşı Yaqub Quliyevin iştirakı ilə işçi qrupunun online formatda iclası keçirilib

Avropa İttifaqının maliyyə dəstəyi ilə FAO tərəfindən Azərbaycanda həyata keçirilən “Kənd təsərrüfatı məsləhət xidmətlərinin gücləndirilməsi” layihəsi çərçivəsində 29 sentyabr 2021-ci il tarixində işçi qrupunun online formatda iclası keçirilib. İclasda İşçi qrupunun üzvü, Əkinçilik ET İnstitutunun əməkdaşı Yaqub Quliyev də iştirak edib.

FAO-nun Azərbaycanda Tərəfdaşlıq və Əlaqələndirmə ofisinin beynəlxalq məsləhətçisi, qrup lideri cənab Julien De Meyer  və layihənin milli koordinatoru Vüqar Bəşirov tərəfindən təqdimatlar edilib.

İclasda əsas müzakirə mövzusu “AMX Modelində təklif olunan əsas tədbirlərin təsdiqlənməsi” olub.

Pilot fəaliyyətlər və innovativ layihələr haqqında yeniliklər təqdim edilib və atılacaq növbəti addımlar razılaşdırılıb.

© 2020 Əkinçilik ETİ