Xəbərlər

Əkinçilik Elmi-Tədqiqat İnstitutunun iştirakı ilə “Respublikada çəltik əkinlərində aqrotexniki tədbirlərin təşkili” mövzusunda onlayn formatda təlim keçirilib

Əkinçilik Elmi-Tədqiqat İnstitutunun təşkilatçılığı ilə “Respublikada çəltik əkinlərində aqrotexniki tədbirlərin təşkili” mövzusunda onlayn formatda təlim keçirilib. Təlimdə Əkinçilik Elmi Tədqiqat İnstitutunun Yemlərin texnologiyası və zootexniki qiymətləndirilməsi laboratoriyasının müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru Sevil Abbasquliyeva ölkəmizdə çəltikçiliyin inkişafı və perspektivlərindən bəhs edib. Daha sonra təlim iştirakçılarına Respublikada çəltik əkinlərində aqrotexniki tədbirlərin təşkilini əks etdirən təqdimat nümayiş etdirilib. Onlayn formatda keçirilən təlimdə Astara, Lənkəran, Masallı, Biləsuvar, Salyan, İmişli, Yevlax, Ağdaş, Ucar, Zərdab, Ağsu, Göyçay, Samux olmaqla 13 DAİM-nin nümayəndələri iştirak edib.

© 2020 Əkinçilik ETİ