Xəbərlər

Əkinçilik ET İnstitutunun əməkdaşı "Ərzaq və Kənd Təsərrüfatı üçün Biomüxtəliflik və Post 2020 Qlobal Biomüxtəliflik Çərçivəsi" mövzusunda keçirilən tədbirdə iştirak edib

Roma, İtaliyada  keçirilən Ərzaq və Kənd Təsərrüfatı üzrə Genetik Ehtiyatlar Komissiyasının 18-ci iclası ərəfəsində  qlobal biomüxtəliflik siyasəti mühitində qida və kənd təsərrüfatı üçün biomüxtəlifliyin rolunun müzakirəsi aparılan "Ərzaq və Kənd Təsərrüfatı üçün Biomüxtəliflik və Post 2020 Qlobal Biomüxtəliflik Çərçivəsi" mövzusunda online formatda xüsusi  tədbir (21, 23 və 24 sentyabr 2021)  və  Komissiyanın on səkkizinci Sessiyası (27 sentyabr-1 oktyabr 2021) keçirilib.

Əkinçilik ET İnstitutunun  aparıcı elmi işçisi, b.e.ü.f.d., dosent  Sevinc Məmmədova tədbirdə iştirak edib.

İlkin olaraq Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) kənd təsərrüfatının müxtəlif sahələrində biomüxtəlifliyin  aktuallığının əsaslandırılması, Bioloji Müxtəliflik haqqında Konvensiya və Post 2020 Qlobal Biomüxtəliflik Çərçivəsi üzrə müzakirələr  aparılmış, biomüxtəlifliyin qorunması və davamlı istifadəsi üzrə yeni siyasət çərçivəsinin həyata keçirilməsində aqrar-ərzaq sektorlarının əhəmiyyətli rolu işıqlandırılıb.

Komissiyanın on səkkizinci Sessiyasında FAO və biomüxtəlifliklə bağlı digər beynəlxalq forumlarda Biomüxtəlifliyin hər bir ekosistemdə həyatın müxtəlifliyini təmsil etdiyini nəzərə alaraq, qida təhlükəsizliyi və qida müxtəlifliyi üçün "zəruri" olmasına əsaslanan irəliləyişlər və Kənd Təsərrüfatı Sektorları üzrə Biomüxtəlifliyin istifadə Strategiyası və qarşıdakı dörd il ərzində Fəaliyyət Planı qəbul edilib.

Komissiyada Su, Meşə, Bitki və Heyvan Genetik Ehtiyatları, Bioloji Müxtəlifliyin Qida Təhlükəsizliyi, Qidalanma və İnsan Sağlamiğinda Ərzaq və Kənd Təsərrüfatı üçün, Genetik Ehtiyatların İqlim dəyişikliyinin azaldılması və adaptasiyada Ərzaq və Kənd Təsərrüfatı üçün rolu, Ərzaq və Kənd Təsərrüfatı üçün Genetik Ehtiyatlara əlçatanlıq və Gəlirlərin Bölüşdürülməsi, Genetik Ehtiyatların qorunması, Ərzaq və Kənd Təsərrüfatı məqsədi ilə davamlı istifadəsi üçün biotexnoloji araşdırmalar, kənd təsərrüfatı sektorlarında baş verən dəyişikliklər və Post-2020 Qlobal Biomüxtəliflik Çərçivəsinin həyata keçirilməsi  ətrafında çıxışlar edilib və müzakirələr aparılıb. Həmçinin Komissiyanın  növbəti on doqquzuncu sessiyasının vaxtı - 2023-cü il təxmini tarixlər olaraq 24-28 iyul və  keçirilmə yeri - Roma (İtaliya) müəyyən edilib.  Sədr, sədr müavinləri və natiq seçilib, 2021–2029-cu illəri əhatə edən İqlim dəyişikliyi üzrə yenidən baxılmış çox illik iş  planı  qəbul edilib.

© 2020 Əkinçilik ETİ