Xəbərlər

Türkiyə Respublikasının institutları ilə Əkinçilik Elmi-Tədqiqqat İnstitutu arasında “Beynəlxalq əməkdaşlığın təşkili” mövzusunda zoom platforması vasitəsilə onlayn görüş keçirilib

Əkinçilik Elmi-Tədqiqat İnstitutunun təşəbbüsü və təşkilatçılığı ilə Türkiyə Respublikasının institutları arasında “Beynəlxalq əməkdaşlığın təşkili” mövzusunda zoom platforması vasitəsilə onlayn görüş keçirilib.
Görüşün məqsədi Türkiyə Respublikası İnstitutları ilə Əkinçilik ET İnstitutu arasında qarşılıqlı əməkdaşlıq əsasında qardaş ölkənin tanınmış Kənd Təsərrüfatı İnstitutlarının və Mərkəzlərinin mütəxəssislərinin fikirlərindən və təcrübələrindən yaralanaraq öz elmimizdə tətbiq etməkdən ibarətdir.
Onlayn görüşdə Türkiyə Respublikasının İnstitutları ilə qurulacaq əlaqələrin istiqamətlərindən, gələcək planlardan danışılıb, fikir mübadiləsi və müzakirələr aparılıb. Tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin “İnsan resursları” şöbəsinin mütəxəssisi Gülay Ağayeva, Əkinçilik ET İnstitutunun direktoru Faiq Xudayev, elmi işlər üzrə direktor müavini Nizami Hümmətov, “Bitki seleksiyası” şöbəsinin müdiri Abidin Abdullayev, Arpa proqramının rəhbəri Qərib Novruzlu, Qarğıdalı proqramının rəhbəri Sevindik Dünyamalıyev, “Bitki fiziologiyası və biotexnologiya” şöbəsinin müdiri Tofiq Allahverdiyev, “Dənin keyfiyyəti” laboratoriyasının aparıcı mütəxəssisi Sevinc Məmməmdova, “Yemlərin texnologiyası və zootexniki qiymətləndirilməsi” laboratoriyasının müdiri Sevil Abbasquliyeva, “Bitki diversifikasiyası və davamlı əkinçilik” şöbəsinin əməkdaşı Hüseyn Feyzullayev, “Ərzaq paxlalıları” proqramının rəhbəri Şərqiyyə Əfəndizadə və “İnformasiya təminatı və elmi nəticələrin tətbiqi” şöbəsinin əməkdaşı Ruhanə Kərimova, Türkiye Cumhuriyyeti Tarım ve Orman Bakanlığı Doğu Akdeniz Tarımsal Araştırma İnstitutunun direktoru Abdullah ÇİL, Ege Universiteti Tarla Bitkileri Bölümü Başkanı Behçet KIR, Tarım ve Orman Bakanlığı Tarla Bitkileri Merkez Araştırma İnstitutunun direktoru Ayten SALANTUR, GAP Uluslararası Tarımsal Araştırma ve Eğitim Merkezinin tədqiqatçısı Kudret bəy və s. iştirak ediblər.
Qeyd edək ki, cari ilin ötən dövrü ərzində Əkinçilik ET İnstitutunun direktoru Faiq Xudayev və Türkiye Cumhuriyyeti Tarım ve Orman Bakanlığı Doğu Akdeniz Tarımsal Araştırma İnstitutunun direktoru Abdullah ÇİL arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləyə əsasən innovativ texnologiyalar sahəsində qarşılıqlı faydalı əməkdaşlıq həyata keçiriləçək, fəaliyyətlərin koordinasiyası gücləndiriləcək.
Mandata daxil olan bitkilərdə genetik material mübadiləsi də daxil olmaqla təkmilləşdirmə, toxum istehsalı, istehsal texnologiyaları, müəyyən edilmiş tədqiqat sahələri çərçivəsində konqres və seminar təşkili də daxil olmaqla birgə fəaliyyətlərin hazırlanması, iki ölkənin tədqiqatçılarının qarşılıqlı səfərlərinin asanlaşdırılması və s. əməkdaşlıq müqaviləsi əsasında həyata keçiriləcək.

© 2020 Əkinçilik ETİ