Xəbərlər

Əkinçilik ET İnstitutunda doktorant və dissertantların hesabat yığıncağı keçirilib

Əkinçilik ET İnstitutunda doktorant və dissertantların hesabat yığıncağı keçirilib. İnstitutun direktoru Faiq Xudayev hesabat yığıncağını giriş sözü ilə açaraq iştirakçıları salamladı, gündəliyə daxil olan məsələ ilə bağlı fikirlərini bildirdi. Sonra söz doktorant və dissertantlara verildi və müxtəlif ixtisaslar üzrə aparılan elmi-tədqiqat işlərinə dair ətraflı çıxışlar və hesabatlar dinlənildi.

Doktorantlardan Hüseyn Feyzullayev, Azadə Nəsibli, Ülviyyə Hüseynəlizadə, Günay Yusifova, Gülnarə Feyzullayeva, Təhminə Ələsgərova, Tariyel Atamalıyev, Pərvin Əliyeva, Leyla Həsənova, Nərgiz Useynova, Xalid Hətəmov, Sədaqət Vəliyeva, Qabil Kazımov, Röya Əsgərli və Rəna Əkbərova elmi-tədqiqat mövzuları üzrə çıxış ediblər.

Çıxışlar bitdikdən sonra elmi-tədqiqat işlərinin aparılmasında qarşıya çıxan məsələlər, yeniliklər və problemlər barədə müzakirələr aparılıb.

© 2020 Əkinçilik ETİ