Xəbərlər

İnstitutun “Bitki fiziologiyası və biotexnologiya” şöbəsinin təcrübə sahəsində buğdanın payız əkinləri aparılır

Noyabrın ayının 15-dən başlayaraq Əkinçilik Elmi-Tədqiqat İnstitutunun “Bitki fiziologiyası və biotexnologiya” şöbəsində  payız əkin işlərinə başlanılıb. Şöbənin təcrübə sahəsində bərk və yumşaq buğdaların əkinlərinin bir hissəsi (artırmada sahəsi 50 m2 olmaqla 12 buğda genotipi, quraqlıq stresi şəraitində sahəsi 10m2 olmaqla 22 buğda genotipi) mexaniki toxumsəpən texnika ilə həyata keçirilib. Təcrübə kolleksiya sahəsində 2021-ci ildə CIMMYT-dən, əvvəlki illərdə isə CIMMYT və ICARDA-dan introduksiya olunmuş nümunələr içərisindən seçilmiş əlverişli əlamətlərə malik genotiplərin əl səpini aparılır.

© 2020 Əkinçilik ETİ