Xəbərlər

ELAN

HÖRMƏTLİ HƏMKARLAR!

Sizi 17 dekabr 2021-ci il tarixində “ZOOM” proqramı ilə keçiriləcək “MÜASİR AQRAR VƏ BİOLOGİYA ELMLƏRİNİN AKTUAL PROBLEMLƏRİ: QLOBAL ÇAĞIRIŞLAR VƏ İNNOVASİYALAR” mövzusunda Virtual Beynəlxalq elmi-praktiki konfransda iştirak etməyə dəvət edirik. 

Təşkilatçı: Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutu.

Konfransın elmi istiqamətləri:

  1. Bitki seleksiyası və iqlim dəyişmələrinə adaptasiya
  2. Kənd təsərrüfatı istehsalında innovativ texnologiyaların tətbiqi
  3. Kənd təsərrüfatı və biotexnologiya
  4. Aqrotorpaqşünaslıq və əkinçilik
  5. Yemçilik və otlaq ekosistemlərin dayanıqlı idarə olunması
  6. Kənd təsərrüfatı istehsalında iqtisadiyyatın elmi əsasları

Konfransın işi plenar və bölmə iclaslarında Azərbaycan, ingilis və rus dillərində aparılacaq.

Konfransda iştirak  qeydiyyat formasını dolduraraq [email protected] e-mail ünvanına göndərməklə həyata keçirilir.

Konfrans materiallarının qəbulu: Materiallar azərbaycan, rus və ingilis dillərində, həcmi 5 səhifədən artıq olmamaqla, 2021-ci il 15 dekabr tarixinə kimi [email protected] e-mail ünvanı vasitəsilə təqdim edilə bilər.

Qəbul olunmuş materiallar DOI verilməklə  CrossRef  bazasına daxil olacaq Konfrans materialları toplusunda nəşr ediləcəkdir.

Əlavə məlumat üçün təşkilat komitəsinə müraciət edilə bilər.

Təşkilat komitəsi ilə əlaqə: Hacı Vahid Axundzadə, e-mail: [email protected], tel.: +99(455) 969 82 34

Ünvan: AZ 1098, Azərbaycan Respublikası, Bakı şəhəri, Pirşağı qəsəbəsi, 2№-li Sovxoz, Əkinçilik Elmi-Tədqiqat İnstitutu, e-mail: [email protected], tel.: +99(412) 551 61 30

 

 

 

“Müasir aqrar və biologiya elmlərinin aktual problemləri: qlobal

çağırışlar və innovasiyalar” mövzusunda virtual beynəlxalq elmi-praktiki konfransda iştirak etmək üçün

 

MƏQALƏLƏRİN TƏRTİBAT QAYDALARI

 

Konfransın materialları  toplusunda dərc  edilmək üçün (həcmi 5 səhifəyə qədər), elmi mətbuatda dərc olunmayan, azərbaycan, rus və ingilis dillərindən birində yazılmış məruzələr qəbul edilir. Mətn, düstur və cədvəllərin tərtibatında Microsoft Word  for Windows redaktorundan istifadə edilməklə A4  formatında hər tərəfdən 2 sm; şrift Times New Roman, oriyentasiya – kitab olmalıdır:

 

Sol yuxarı küncdə UOT (yağlı şriftlə);

Məqalənin adı (böyük hərflərlə, yağlı şriftlə, mərkəzləşdirilmiş, ölçü 12); 

Müəllif(lər)in S.A.A (tam) (kiçik hərflərlə, yağlı şriftlə, mərkəzləşdirilmiş, ölçü 12);

İş yeri, şəhər, ölkə (kiçik hərflərlə, kursiv, ölçü 11);

E-mail ünvanı (mərkəzləşdirilmiş);

Xülasə (100 –150 söz, kursiv, ölçü 11); 

Açar sözlər (4-5 söz, ölçü 11);

Məqalənin əsas mətni bir sətirdən sonra ardıcıl olaraq abzasdan yağlı şriftlə “Giriş”, “Material və metodlar”, “Nəticələr və onların müzakirəsi”, “Yekun” və  “Ədəbiyyat siyahısı” başlıqları ilə  (ölçü 12, sətirarası interval – 1,15, abzas – 1,25 sm) şərh edilməlidir.

Ədəbiyyat siyahısı nömrələnərək əlifba sırası ilə ardıcıl olaraq azərbaycan, rus və ingilis dillərində, mətində ədəbiyyat mənbələrinə istinadlar kvadrat mötərizədə,

məqalənin sonunda isə digər iki dildə (azərbaycan dilində yazılan məqaləyə ingilis və rus dillərində) xülasə və açar sözlər verilməlidir.

 

 

 

 

NÜMUNƏ

 

UOT 633.1

MƏQALƏNİN ADI

Abışov Aslan Əliş oğlu1, Abbasova Nuray Əli qızı1,2

1Əkinçilik Elmi-Tədqiqat İnstitutu, Bakı, Azərbaycan

2AMEA Genetik Ehtiyatlar İnstitutu, Bakı, Azərbaycan,

E-mail: [email protected]

 

100-150 sözdən ibarət xülasə...

Açar sözlər: 4-5 söz ...

Giriş. Əhalinin ərzağa olan tələbatının ödənilməsində ...

Material və metodlar. Tədqiqatın obyekti ...   

Nəticələr və onların müzakirəsi. Nəticə, nəticə, nəticə ...

        Yekun

        Yekun nəticə, yekun nəticə, yekun nəticə ...

 

Ədəbiyyat siyahısı

  1. Abbasov B.H. Tütünçülük. Bakı: Elm, 1987, 329 s.
  2. Həsənova Q.M., Hüseynov S.İ. Yumşaq buğdanın məhsuldarlığı və keyfiyyət göstəriciləri arasında korrelyasiya əlaqələri //Azərbaycan Aqrar Elmi. 2014. №1. S. 17-20.
  3. Osmanova V.K. Biotexnoloji metodların seleksiyada tətbiqi // “Biotexnologiya: kənd təsərrüfatında tətbiqi və perspektivləri” mövzusunda beynəlxalq konfransın materialları (Bakı, 15-17 noyabr, 2012). Bakı: “Müəllim” nəşriyyatı, 2012. S. 205-209.

……………..

……………..

 

 

 

ARTICLE TITLE

Abishov Aslan Alish1, Abbasova Nuray Ali1,2

1Research Institute of Crop Husbandry, Baku, Azerbaijan

2ANAS Institute of Genetic Resources, Baku, Azerbaijan,

E-mail: [email protected]

 

Abstract: Summary, 100-150 words

Keywords: 4-5 words

Inroduction:

Material and methods:

Results and discussion:

Conclusion:

References:

İŞTİRAKÇININ QEYDİYYAT FORMASI

"Müasir aqrar və biologiya elmlərinin aktual problemləri: qlobal çağırışlar və innovasiyalar" mövzusunda beynəlxalq elmi-praktiki konfrans

Soyad, ad, ata adı

 

Elmi dərəcə, elmi ad

 

Təşkilatın adı

 

Vəzifə

 

Məruzənin adı

 

Müəllif(lər)

 

Konfrans bölməsinin adı

 

E-mail

 

Əlaqə telefonu

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

MÜASİR AQRAR VƏ BİOLOGİYA ELMLƏRİNİN AKTUAL PROBLEMLƏRİ: QLOBAL  ÇAĞIRIŞLAR VƏ  İNNOVASİYALAR

Beynəlxalq Elmi – Praktiki Konfrans

Bakı, Azərbaycan

17 dekabr, 2021

 

Fəxri sədr: AR K/T Naziri İnam Kərimov    

Sədr: AR K/T Nazirinin müavini Elçin Zeynalov

Həmsədr: AR K/T Nazirliyinin İnsan Resursları şöbəsinin müdiri Elvin Paşayev

Həmsədr: AR K/T Nazirliyinin Bitkiçiliyin Təşkili və Monitorinqi şöbəsinin müdiri İmran Cümşüdov

Həmsədr: AMEA-nın vitse prezidenti  İradə Hüseynova

Həmsədr: AMEA  Genetik Ehtiyatlar İnstitutunun baş direktouru Zeynal Əkpərov

Həmsədr: AR K/T Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Faiq Xudayev

Əlaqələndirici: Sevinc Məmmədova

Katib: Tofiq Allahverdiyev

Elmi Komitə:

Sədr: Nizami Hümmətov

Həmsədr: Atif Zamanov

Üzvlər: Qərib Məmmədov, İbrahim Cəfərov, Əlövsət Quliyev, Pənah Muradov, Səyyarə İbadullayeva, Ülviyyə Həsənova, Qətibə Həsənova, Yasin Kərimov, Vüqar Səlimov, Süleyman Allahverdiyev (Rusiya), Abdulla Çil (Türkiyə), Rəmzi Ekinçi (Türkiyə), Behcet Kır (Türkiyə), Aytən Salantur (Türkiyə), Mustafa Güləc (Türkiyə), İlham Qaraqurbanlı, Elmar Allahverdiyev, Siyalə Rüstəmova, Elçin Xəlilov, Mahir Hacıyev, Vaqif Kərimov (Rusiya), Aygün İsmayılova, Nurlan Əmrahov, Rəna Xankişiyeva, Abidin Abdullayev, Sevda Hacıyeva, Sevda Abdulbaqiyeva, Namilə Əzizova, Rasib Zeynalov, Xanbala Rüstəmov, Təmraz Təmrazov  

 

Təşkilat Komitəsi:

Sədr: Şikar Əhmədov

Həmsədr: Hacı Vahid Axundzadə

Üzvlər: Qərib Novruzlu, Seyfulla Hüseynov, Sevindik Dünyamalıyev, Atabəy Cahangirov, Pərvanə Məmmədova, Əsmər Əhmədova, Şərqiyə Əfəndizadə, Zöhrab Qəribov, Röya Əsgərli, Aysel Labazanova, Hüseyn Feyzullayev, Pərvin Əliyeva.

© 2020 Əkinçilik ETİ