Xəbərlər

”Yonca bitkisinin zərərvericiləri və onlara qarşı inteqrir mübarizə tədbirləri” üzrə təlim vəsaiti çapdan çıxıb

Əkinçilik Elmi-Tədqiqat İnstitutunun əməkdaşları b.ü.f.d, dosent Atif Zamanov və Rasib Zeynalovun müəllifi olduqları ”Yonca bitkisinin zərərvericiləri və onlara qarşı inteqrir mübarizə tədbirləri” üzrə təlim vəsaiti çapdan çıxıb. Kitabçada yonca aqrosenozunun zərərli və faydalı orqanizmlərinin, eyni zamanda yonca sahələrində məhsul itkisinə səbəb olan əsas zərərvericilərin bioloji xüsusiyyətləri göstərilib. Bu məlumatlara əsasən effektiv nəzarət və mübarizə tədbirləri tövsiyə edilib. Yonca əkinlərində zərərvericilər daha çox toxumluq sahələrə zərər verdiyi üçün yüksək toxum məhsulu almaq məqsədilə bu sahələrdə aparılan kompleks mübarizə tədbirlərinə daha çox üstünlük verilib. 

© 2020 Əkinçilik ETİ