Xəbərlər

“Respublikamızda becərmə texnologiyaları və növbəli əkin sisteminin əhəmiyyəti” mövzusunda onlayn təlim keçirilib

Kənd Təsərrüfatı Nazirliyinin İnsan resursları şöbəsinin, Təlim və inkişaf sektorunun təşkilatçılığı ilə Əkinçilik Elmi-Tədqiqat İnstitutunun “Davamlı əkinçilik və bitki diversifikasiyası” şöbəsinin əməkdaşı Hüseyn Feyzullayev “Respublikamızda becərmə texnologiyaları və növbəli əkin sisteminin əhəmiyyəti” mövzusunda onlayn təlim keçib.
Təlim zamanı H. Feyzullayev respublikanın dəmyə və suvarma bölgələrində tətbiq edilən müxtəlif becərmə üsulları, həmçinin növbəli əkin, düzgün növbəli əkin sxeminin tərtib edilməsi və becərmə haqqında təqdimat əsasında ətraflı məlumat verib. 
Təlimdə müxtəlif bölgə DAİM-lərinin əməkdaşları iştirak ediblər. Sonda iştirakçılar tərəfindən rəy və təkliflər bildirilib, suallar və cavablar səsləndirilib.
© 2020 Əkinçilik ETİ