Xəbərlər

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni 2022-ci il münasibətilə tədbir keçirilib

Əkinçilik ET İnstitutunda Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni 2022-ci il münasibətilə tədbir keçirilib. 

İnstitutun direktoru Faiq Xudayev tədbir iştirakçılarını salamlayaraq, hər kəsi bu əlamətdar günlər münasibətilə təbrik edib, ən xoş arzularını çatdırıb. O, Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün əhəmiyyətini, həmvətənlərimizin birliyini, o cümlədən ölkəmizin son illər ərzində əldə etdiyi uğurları diqqətə çatdırıb. Azərbaycanın Vətən müharibəsini böyük Qələbə ilə başa vurduğunu, hazırda işğaldan azad olunan torpaqlarımızda genişmiqyaslı quruculuq işlərinin aparıldığını deyən institutun direktoru bildirib ki, vaxtilə Qarabağdan didərgin düşmüş soydaşlarımız indi öz evlərinə qayıdacaqlar və bu bayramı daha yüksək əhval-ruhiyyə ilə keçirəcəyik. F.Xudayev 2022-ci ildə də ölkəmizin böyük uğurlar əldə edəcəyinə əminliyini bildirib.

Sonra o, 2021-ci ilin yekunlarından, institutun elmi-təşkilati fəaliyyətindən, görülən işlərdən, əldə olunan nailiyyətlərdən və gələcək planlardan bəhs edib. 

İnstitutun direktor müavinləri Nizami Hümmətov, Atif Zamanov, Şikar Əhmədov, elmi katib Sevda Hacıyeva və digər əməkdaşlar da bayram təbriklərinə qoşularaq kollektivə ürək sözlərini və təbriklərini catdırıblar. 

Tədbir çərçivəsində bədii-əyləncəli proqram təşkil olunub.

 

© 2020 Əkinçilik ETİ