Xəbərlər

Əkinçilik ET İnstitutu və Dövlət Toxum Fondunun əməkdaşları onlayn seminarda iştirak ediblər

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutu, Dövlət Toxum Fondu və Türkiyənin Kənd Təsərrüfatı və Meşə Nazirliyinin Kənd Təsərrüfatı Araşdırmaları və Siyasəti İdarəsi (TAGEM) institutlarının iştirakı ilə onlayn seminar keçirilib. Seminarın məqsədi bu günə qədər Azərbaycan və Türkiyə arasında hibrid qarğıdalı toxumu üzərində aparılan tədqiqatlar və layihələr haqqında iştirakçı tərəflərin geniş məlumatlandırılması olub. 
Seminarda çıxış edən Dövlət Toxum Fondunun sədri Sərxan Sərxanov bildirib ki, Azərbaycan üçün soya və buğda bitkiləri mühüm əhəmiyyətə malikdir, lakin son dövrdə qarğıdalı hibridi prioritet bitki hesab edilir və Azərbaycan üçün xüsusi önəm daşıyır. Bu baxımdan hibridlərin əkin sahələrinin artırılmasına ehtiyac yaranır. Nəticə etibarilə bu günə kimi Türkiyə ilə olan əməkdaşlıqlar da nəzərə alınaraq daha geniş mövzularda layihələrin işlənməsinə tələbat yaranır.
Seminarın gedişatı zamanı Türkiyə tərəfi (TAGEM) 10 illik layihə haqqında məlumat verib və tərəflər üzrə koordinatorlar seçilib.
Əkinçilik ET İnstitutunun “Modern seleksiya və biotexnologiya” laboratoriyasının müdiri Həlimə Məmmədova mövzu üzrə təqdimatla çıxış edib. O, həmçinin bildirib ki, 2013, 2014 və 2019-cu illər də daxil olmaqla bu günə qədər Şərqi Aralıq Dənizi Kənd Təsərrüfatı Elmi-Tədqiqat İnstitutu ilə, biotexnoloji kursların verilməsi haqqında və digər mövzularda müxtəlif layihələr vardır. Bununla yanaşı, Əkinçilik ET İnstitutunun da iştirakı ilə növbəti 10 ilə dair layihələr planlaşdırılacaq.
© 2020 Əkinçilik ETİ