Xəbərlər

Seyidov Nəriman Mustafa oğlu

Əkinçilik Elmi Tədqiqat İnstitutunun əməkdaşı Seyidov Nəriman Mustafa oğlu 13 mart 1941-ci ildə Qərbi Azərbaycanda doğulub. 1966-cı ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun aqronomluq fakultəsinə daxil olub və 1971-ci ildə həmin fakultənin “Aqrokimya və torpaqşünaslıq” ixisası üzrə tam kursu bitirib. 1968-1988-ci illərdə Kalinino rayonunda kartofçuluq - heyvandarlıq sovxozunda baş aqronom vəzifəsində çalışıb. 1992-2002-ci illərdə Goranboy Təcrübə Eksperimental Yeyinti Məhsulları Kombinatında təsərrüfat müdiri, Goranboy rayonu Qaraçinar kolxozunda, Şəmkir rayonunda baş aqronom, Şəmkir rayonu Xətai adına Yerli Aqrar İstehsalat Komissiyasının sədri vəzifələrində işləyib.

2014-2015-ci illərdə Azərbaycan Elmi Tədqiqat Yemçilik, Çəmənçilik və Otlaqlar İnstitutunda “Yem bitkilərinin aqrotexnikası” şöbəsində elmi işçi vəzifəsində çalışıb. N.Seyidov 2016-cı ildən 2021-ci ilədək Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Əkinçilik Elmi-Tədqiqat İnstitutunun “Davamlı əkinçilik və bitki diversifikasiyası” şöbəsində böyük elmi işçi vəzifəsində çalışıb.

O, 81 yaşında dünyasın dəyişib. Allah rəhmət eləsin.

© 2020 Əkinçilik ETİ