Xəbərlər

“Evrika” Elm-İstehsalat Mərkəzinin icraçı direktoru Əkinçilik Elmi-Tədqiqat İnstitutunda olub

Aqrar İnnovasiya Mərkəzinin xətti ilə Azərbaycanda işgüzar səfərdə olan Rusiya Federasiyasının “Evrika” Elmi-İstehsalat Mərkəzinin icraçı direktoru xanım Valentina Qrexova Əkinçilik Elmi-Tədqiqat İnstitutunda olub. Qonağı müşayiət edən Aqrar İnnovasiya Mərkəzinin şöbə müdiri Cavanşir Təlai görüşün məqsədi, sözügedən mərkəzlə Əkinçilik ETİ arasında gələcək əməkdaşlığın perspektivlərindən bəhs edib. 
Sonra Əkinçilik ETİ-nin elmi işlər üzrə direktor müavini Sevinc Məmmədova institutun mandatına aid olan bitkilər, institutun strukturu, fəaliyyəti, tədqiqat prioritetləri, qarşıda duran vəzifələr haqqında məlumat verib. Valentina Qrexova təmsil etdiyi “Evrika” Elm-İstehsalat Mərkəzinin missiyasından bəhs etdikdən sonra mərkəz tərəfindən hazırlanan innovativ məhsulların hər iki tərəf arasında imzalanacaq müqavilələr əsasında sınaqların keçirilməsinə və bu istiqamətdə əlaqələrin daha da dərinləşməsinə böyük marağın olduğunu bildirib. 
Qonaq görüşün proqramına uyğun olaraq institutun müxtəlif şöbə və laboratoriyalarında aparılan tədqiqat işləri ilə və mərkəzin təqdim etdiyi “Rostok” adlı yeni aqrokimyəvi maddənin sınaqları və tarla təcrübələri ilə tanış olub.
© 2020 Əkinçilik ETİ