Xəbərlər

"FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı" layihəsinin başlanğıc seminarlarının açılış mərasimi keçirilib

"FAO – Azərbaycan Tərəfdaşlıq Proqramı (FAPP)" çərçivəsində Aqrar Xidmətlər Agentliyinin Struktur İslahatına və Strateji İnkişafına Dəstək və Aqrar Xidmətlər Agentliyi yanında Toxumçuluq və Aqrokimya Laboratoriyasının və Sertifikatlaşdırma Xidmətinin təkmilləşdirilməsi layihələrinin açılış seminarı keçirilib. 
Seminar nazirliklərə, milli və beynəlxalq təşkilatlar və qurumlara, özəl sektor və vətəndaş cəmiyyəti, eləcə də media daxil olmaqla, müvafiq maraqlı tərəflərə layihələrin başlandığını elan etmək üçün təşkil olunub. 
Layihənin məqsədi, əhatə dairəsi və icra mərhələlərində əsas fəaliyyətlər təqdim olunacaq və tədbirlər və icra üsulu, o cümlədən tərəfdaşların rolu və məsuliyyətləri aydınlaşdırılacaq. Layihə strategiyasını nəzərdən keçirmək və gələcək yolları razılaşdırmaq üçün maraqlı tərəflərlə məsləhətləşmələr aparılacaq.
“Aqrar Xidmətlər Agentliyinin Struktur İslahatına və Strateji İnkişafına Dəstək” layihəsi ölkədə baytarlıq, bitkilərin mühafizəsi, toxumçuluq və texniki nəzarət xidmətlərinin göstərilməsinin və səmərəliliyinin gücləndirilməsinə imkan yaratmaqla Aqrar Xidmətlər Agentliyinin struktur islahatlarına və strateji inkişafına dəstək vermək məqsədi daşıyır.
“Aqrar Xidmətlər Agentliyi yanında Toxum və Aqrokimya Laboratoriyasının və Sertifikat Xidmətinin təkmilləşdirilməsi” layihəsinin məqsədi ASA-nın nəzdində fəaliyyət göstərən laboratoriyaların effektiv idarəetmə və nəzarət sisteminin inkişaf etdirilməsi, texniki potensialın gücləndirilməsi, zəruri avadanlıqlarla təmin edilməsi, onların fəaliyyətinin dəstəklənməsi və təkmilləşdirilməsi, yeni və ən müasir metodologiyaların/metodların qəbulu, beynəlxalq sertifikatlaşdırma və bu xidmətlərin onlayn platforma vasitəsilə fermerlərə çatdırılmasını təmin etməkdən ibarətdir. 
Tədbirdə FAO-nun Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Mələk Çakmak FAO ilə uğurlu əməkdaşlıqdan bəhs edərək diqqətə çatdırıb ki, layihələr kənd təsərrüfatının inkişafına öz müsbət təsirini göstərəcək. Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev FAO tərəfindən həyata keçirilən layihələrin əhəmiyyəti barədə ətraflı məlumat verib və bundan sonra da FAO ilə əməkdaşlığın davam edəcəyini bildirib. Sonra Mirzə Əliyev hər iki layihənin Aqrar Xidmətlər Agentliyinin strukturunun təkmilləşdirilməsinə, eləcə də aqrar sahənin inkişafına müsbət təsir göstərəcəyinə əmin olduğunu diqqətə çatdırıb.
Seminarda Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun əməkdaşları Laçın Novruzov və Reyhan Abdullayeva iştirak ediblər.
© 2020 Əkinçilik ETİ