Xəbərlər

Sarı pas xəstəliyinin monitorinqi həyata keçirilib

Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun bir qrup əməkdaşı tərəfindən Kürdəmir, Şəki, Zaqatala, Tərtər və Tovuz rayonlarındaa sarı pas xəstəliyinin monitorinqi həyata keçirilib. Monitorinq institutun direktoru Faiq Xudayev, istehsalat üzrə direktor müavini Qərib Novruzlu və “Xəstəlik və zərərvericilərə nəzarət” laboratoriyasının böyük elmi işçisi Könül Aslanova tərəfindən aparılıb.
Monitorinq zamanı həmin rayonların əkin sahələrində lokal formada sarı pas xəstəliyi müşahidə edilib. Proses çərçivəsində xəstəlik müşahidə olunan taxıl əkinlərində istehsalçılara mütəmadi müşahidələrin aparılması və sarı pasın kütləvi yayılma halları qeydə alındıqda mübarizə tədbirlərinin həyata keçirilməsi tövsiyyə olunub.
© 2020 Əkinçilik ETİ