Kadr hazırlığı haqda

İnstitut yaranandan, məqsədli aspirantura da daxil olmaqla 400-dən çox yüksək ixtisaslı elmi kadrlar hazırlanmışdır. Onlardan 255 nəfəri dissertasiya işlərini müvəffəqiyylətlə müdafiə edərək fəlsəfə və elmlər doktoru alimlik dərəcələrini almışlar. 1996-cı ildən başlayaraq institutun 30 nəfərdən artıq əməkdaşı bağlanmış əməkdaşlıq müqavilələri çərçivəsində CIММYТ və ICARDA, həmçinin IPGRI, ICRISAT və ICBA da buğdanın və yer fındığının yaxşılaşdırılmasına, pas xəstəliklərinə, bitki genetik ehtiyatlarının məlumat bazasının yaradılmasına, dənli bitkilərin əsas xəstəlik və zərərvericilərinə, mütərəqqi becərmə texnologiyalarına, torpaq-mühafizəedici və resurslaraqənaətedici becərmə texnologiyalarına həsr edilmiş 100-ə qədər qısa və uzun müddətli təlim kurslarında təhsil almışlar. Bu kurslar dünyanın müxtəlif ölkələrini (Hindistan, Macarıstan, İran, Meksika, Birləşmiş Ərəb Əmirliyi, Suriya və Türkiyə) əhatə edir.

Əkinçilik ET İnstitutunun kadr hazırlığı əsasən elmlər və fəlsəfə doktorluğu, dissertantura yolu ilə həyata keçirilir.

Elmlər doktoru üzrə 2020-ci il üçün 2 nəfər qiyabi (3103.06-“Bitkilərin mühafizəsi”; 2411.02-“Bitki fiziologiyası”;), fəlsəfə doktoru hazırlığı üzrə 1 nəfər qiyabi (3103.04-“Seleksiya və toxumçuluq”) qəbul olmuşdur.

Fəlsəfə doktoru üzrə 2020-ci il üçün büdcə hesabına 1 nəfər əyani (2411.02-“Bitki fiziologiyası”) 8 nəfər qiyabi (3103.04-“Seleksiya və toxumçuluq”) ixtisası üzrə 2; 3103.07- “Bitkiçilik” ixtisası üzrə 1; 3103.01- “Ümumi əkinçilik” ixtisası üzrə 1; 2411.02- “Bitki fiziologiyası” ixtisası üzrə 1; 3103.06- “Bitkilərin mühafizəsi” ixtisası üzrə 1; 2511.01- “Torpaqşünaslıq” ixtisası üzrə 1; 3101.01-“Aqrokimya”  ixtisası üzrə 1;  3103.11- “Yem istehsalı və otlaqçılıq” ixtisası üzrə 1 nəfər) yer ayrılması sifariş edilmişdir.   

İnstitutda 8 nəfər elmlər doktoru, 20 nəfər fəlsəfə doktoru, 13 nəfər dissertant elmi iş üzərində fəaliyyət göstərir.

2020-ci ildə 1 nəfər doktorantura təhsilini başa vurmuşdur.

© 2020 Əkinçilik ETİ