Patentlər

Ətraflı

Tövsiyyələr

Ətraflı

Tədbirlər

Ətraflı

Kadr hazırlığı

Ətraflı

Haqqımızda

Azərbaycan Elmlər Akademiyasının elmi bazaları, ştat vahidləri və maliyyə vəsaiti əsasında SSRİ Nazirlər Sovetinin 20 may 1950-ci il tarixli 2117 saylı "Azərbaycan SSRİ-in kolxoz və sovxozlarında buğda və pambıq istehsalının artırılması tədbirləri haqqında" qərarı və Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinın və Nazirlər Sovetinin 6 iyun 802 saylı "Azərbaycan SSR-nin kolxoz və sovxozlarında taxıl və pambıq istehsalının artırılması tədbirləri haqda" qərarı ilə Azərbaycan Elmlər Akademiyasının nəzdində Azərbaycan Elmi Tədqiqat Əkinçilik İnstitutu yaradılmışdır. İnstitut 1950-ci ilin oktyabırından fəaliyyət göstərir.
Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinın və Sovet Sosialist Respublikalar İttifaqı Nazirlər Sovetinin 14 fevral 1956-cı il tarixli 253 saylı qərarına, Sovet Sosialist Respublikalar İttifaqı Kənd Təsərrüfatı Nazirliyinin 8 mart 1956-cı il tarixli 87 saylı əmrinə və Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinın və Azərbaycan Sovet Sosialist Respublikası Nazirlər Sovetinin 27 aprel 1956-cı il tarixli 222 saylı "Kənd təsərrüfatı üzrə elmi-tədqiqat müəssisələrinin işinin yaxşılaşdırılmasına dair tədbirlər haqqında" qərarına uyğun olaraq Azərbaycan Sovet Sosialist Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olmaqla Tərtərdə Azərbaycan Dövlət Seleksiya stansiyasının bazasında Əkinçilik İnstitutu yaradıldı. Azərbaycan Sovet Sosialist Respublikası Aqrar Sənaye Komitəsinin 4 aprel 1988-ci il tarixli 321 saylı əmrinə əsasən Azərbaycan ET Əkinçilik İnstitutu respublikada aqrar sənaye kompleksinin Elmi Təminat Mərkəzinə çevrilmişdir.

Xidmətlər

Yüksək dən məhsulunun formalaşmasına nizamlanan (suvarma, yemləmə gübrələrinin verilməsi, alaqlarla mübarizə, yaşıl malanın çiçəklənməsi, xəstəlik və zərərvericilərlə mübarizə aparılması və s.) amilləri yüksək aqrotexniki qaydalara əməl etməklə nail olmaq olar.

  • Məhsul istehsalı
  • Ümumi gəlir
  • Mənfəət
  • Rentabellik
  • 1 ton məhsulun maya dəyəri
  • 1 ton məhsulun mənfəəti
  • 1 ton məhsulun rentabelliyi

Müraciət əsasında bitki sortlarının sınağı, toxumçuluq və digər fəaliyyət istiqamətləri üzrə həmin məsələlər barədə maarifləndirmə, informasiya-məsləhət xidmətinin göstərilməsi

Daxil olan buğda, arpa, qarğıdalı və paxlalı bitkilərdən mərci və noxud nümunələrinin dən keyfiyyətinin analizi aparılır.

Toxumların dövlət standartlarının tələblərinə cavab verəcək sortluq və səpin keyfiyyətlərinin təyini;

  • Hazırda laboratoriyanın funksiyasına aşağıdakılar daxildir:
    • institutun mandatına daxil olan (buğda, arpa, qarğıdalı, ərzaq paxlalıları) yerli, CİMMYT və İCARDA-dan introduksiya olunmuş bitkilərin rüşeym plazmalarının kompleks xəstəlik və zərərvericilərə davamlılıqlarının müəyyən edilməsi;
    • respublikanın suvarma və dəmyə əkinçiliyində məhsuldarlığın artırılmasında xəstəlik və zərərvericilərə qarşı mübarizə tədbirlərinin öyrənilməsi, fermer təsərrüfatlarında tətbiqi və tədrisi;
    • fermer və xüsusi torpaq mülkiyyətçilərinin əkin səhələrində fitosanitar vəziyyətin qiymətləndirilməsi;
    • xəstəlik, zərərverici və alaq otlarının yayılması, onların zərərvurma həddlərinin müəyyən edilməsi;
    • xəstəlik və zərərvericilərə qarşı səmərəli mübarizə tədbirlərinin aparılması üçün elmi müəssisələr, regional və beynəlxalq təşkilatlarla əməkdaşlığın daha da genişləndirilməsi.

  • Torpağın aqrokimyəvi analizləri:

    • Torpağın pH-1: torpaq məhlulunun reaksiyası (turşuluğu və qələviliyi)
    • Torpaqda humusun (üzvi maddənin) miqdarı
    • Torpaqda karbonatların CaCO3, %-lə miqdarı
    • Torpaqda olan ümumi azotun miqdarının təyini
    • Torpaqda olan üzvi maddələrin miqdarının təyini
    • Torpaqda asan mənimsənilən fosforun (P2O5) miqdarının təyini
    • Torpaqda olan asan mənimsənilən (dəyişən) kaliumun miqdarının (K2O) təyini
    • Torpaqda olan duzların (quru qalıq) miqdarının təyini
    • Dəndə və bitkidə ümumi və zülal azotunun miqdarının təyini
    • Azot gübrələrində nəmliyin təyini
    • Azot gübrələrində azotun faizlə miqdarının təyini

    Torpağın aqrofiziki analizləri:

    • Torpağın bərk fazasının sıxlığı
    • Torpağın sıxlığı
    • Torpağın kütləvi və həcmi nəmliyi
    • Torpağın qranulometrik tərkibi
    • Torpağın struktur tərkibi
    • Suyadavamlı aqreqatların miqdarı
    • Torpağın penetrasiya müqaviməti (torpağın bərkliyi)
    • Torpaq məhlulunun xüsusi elektrik keçiriciliyi
    • Torpağın susızdırma qabiliyyəti
    • Torpağın susaxlama qabiliyyəti
    • Torpağın hidroloji sabitləri
    • Torpaqlarda bitkilər üçün əlverişli və məhsuldar nəmlik diapazonları
    • Torpaq nəmliyinin potensiyalı
    • Müasir statistik və geostatistik proqramlar vasitəsilə torpaq-aqrofiziki tədqiqatların nəticələrinin riyazi işlənməsi
    (S-PLUS; STATİSTİCA; MİNİTAB; SURFER; VESPER və s.)

  • Azərbaycan Elmi Tədqiqat Əkinçilik Institutunda Bitki seleksiyası şöbəsi fəaliyyət göstərir. Şöbədə 4 proqram əsasında prioritet elan olunmuş 5 dənli və dənli paxlalı bitkilər (buğda, arpa, qarğıdalı, noxud və mərcimək) üzrə seleksiya tədqiqat işləri həyata keçirilir
Shop Now

Onlayn təklif al

Ölkəmizin iqlim şəraiti üçün seleksiya etdiyimiz yüksək səmərə verən toxumlardan sifariş etmək üçün buraya keçin

Xəbərlər

Nəşrlər

Buradan nəşrlərimizi oxuya və yükləyə bilərsinizƏtraflı

Mühüm linklər

  • austria
  • austria
  • austria
  • austria
  • austria
  • austria
  • austria
  • austria

Əkinçilik ETİ

© 2020 Əkinçilik ETİ