Əkinçilik ET İnstitutunun Modernləşdirilmə proqramına uyğun olaraq tədqiqat sahəsində ciddi islahatlar həyata keçirilmişdir. Islahatlara uyğun olaraq Əkinçilik ET İnstitutunun elmi fəaliyyət istiqaməti ölkənin müxtəlif aqroekoloji bölgələri üçün dənli taxıl (buğda, arpa, qarğıdalı), paxlalı (noxud, mərcimək) və yem bitkilərinin (yonca, xaşa, gülül və s.) yeni yüksək məhsuldar və keyfiyyətli, biotik və abiotik amillərə davamlı sort və hibridlər yaradılması və onlardan yüksək məhsul alınmasını təmin edən kompleks becərmə texnologiyalarının elmi və praktiki əsaslarının işlənib hazırlanması, tətbiqi və yayımı kimi geniş və əhatəli məqsəd durur. Qarşıya qoyulan məqsədə nail olmaq üçün institutda yerinə yetirilən 6 tədqiqat proqramı (buğda, arpa, qarğıdalı, ərzaq paxlalıları, davamlı əkinçilik və bitki diversifikasiyası, yemçilik) üzrə 12 mövzu və 26 tədqiqat işlərindən ibarətdir. Bu gün təsdiqlənmiş proqramların məqsəd və vəzifələrinə uyğun olaraq institutun tədqiqat fəaliyyətinə aşağıdakılar daxildir:
• Yerli və introduksiya olunmuşgen plazmasının seçilməsi və hibridləşməsi yolu ilə yüksək məhsuldar və keyfiyyətli, ekoloji cəhətdən uyğunlaşa bilən yeni bitki sortlarının yaradılması;
• Bitkinin abiotik və biotik stress amillərə (quraqlığa, yüksək temperaturaya, duza, qışa və s.) qarşı davamlılığının artırılması;
• Müasir texnologiyaları (əkin dövriyyəsi, zərərvericilərin inteqrə olunmuş idarə edilməsi, torpaq becərmələrinin sayının azaldılması, sudan səmərəli istifadə, ətraf mühitə zərər vurmayan əkinçilik təcrübəsindən istifadə və s.) tətbiq etməklə suvarma və dəmyə əkinçiliyində bitkilərin məhsuldarlığının və keyfiyyətinin artırılması istiqamətində tədqiqat işlərinin aparılması;
• Yeni sort və texnologiyaların yayımına nail olmaq, eləcə də tədqiqat prioritetlərinin müəyyənləşdirilməsində fermerlərin fikirlərini bilmək üçün yayım xidmətləri ilə sıx əməkdaşlıq şəraitində işləmək;
• Təsərrüfat hesablı toxumçuluq sistemi vasitəsilə artırılma üçün bioloji cəhətdən təmiz olan orijinal, super-elit və elit toxumları istehsal etmək.
Yerinə yetirilən 12 mövzudan 8-i tətbiq, 4-ü isə fundamental xarakterlidir. Bu tədqiqatların yerinə yetirilməsində AMEA-nın Genetik Ehtiyatlar İnstitutu, Botanika İnstitutu, Molekulyar Biologiya və Biotexnologiya İnstitutu və Beynəlxalq seleksiya mərkəzləri olan İCARDA və CİMMYT-lə əməkdaşlıq edilir.
Bu gün Əkinçilik ET İnstitutunun qarşısında ölkənin müxtəlif aqroekoloji bölgələri üçün dənli taxıl (buğda, arpa, qarğıdalı) və paxlalı (noxud, mərcimək), yem (yonca, xaşa) bitkilərinin yeni yüksək məhsuldar və keyfiyyətli, biotik və abiotik amillərə davamlı sort və hibridlərin yaradılması və onlardan yüksək məhsul alınmasını təmin edən kompleks becərmə texnologiyalarının elmi və praktiki əsaslarının işlənib hazırlanması, tətbiqi və yayımı, otlaq və biçənəklərin məhsuldarlığının artırılması, yemlərin hazırlanması və zootexniki qiymətləndirilməsi kimi geniş və əhatəli məqsəd durur. İnstitutda buğda, arpa, qarğıdalı, ərzaq paxlalıları, yem bitkiləri və davamlı əkinçilik və bitki diversifikasiyası proqramları çərçivəsində bərk və yumşaq buğdaların, arpanın, qarğıdalının, noxudun, mərciməyin, yonca və xaşanın seleksiya və toxumçuluğu, fitopatologiyası, entomologiyası, genetikası, fiziologiyası, biokimyası, biotexnologiyası və becərmə texnologiyası ilə bağlı tədqiqatlar aparılır. Qarşıya qoyulan məqsədə nail olmaq üçün institutda yuxarıda sadalanan və 2015-2019-cu illəri əhatə edən proqramlar və 15 mövzu üzrə 28 tədqiqat işi yerinə yetirilir. Əkinçilik ET İnstitutu birgə tədqiqatların aparılması, toxum materialının mübadiləsi və kadr hazırlığı sahələrində Beynəlxalq seleksiya mərkəzləri olan CIMMYT və ICARDA, Rusiyanın P.P. Lukyanenko adına Krasnodar ET Kənd Təsərrüfatı və Türkiyənin Əskişəhər Kənd Təsərrüfatı Tədqiqatları İnstitutları, eləcə də AMEA-nın Botanika, Genetik Ehtiyatlar və Neft-Kimya Prosesləri İnstitutları arasında elmi əməkdaşlığı mövcuddur. Buğda, arpa, qarğıdalı, ərzaq paxlalıları, yem bitkiləri və davamlı əkinçilik və bitki diversifikasiyası proqramlarının məqsəd və vəzifələrinə uyğun olaraq institutun tədqiqat prioritetlərinə aşağıdakılar daxildir:
Bu baxımdan institutun vəzifələrinə aşağıdakı tədqiqat fəaliyyətləri daxildir:
Bu məqsədlə hər il institutda 15-20 min tərtibində dənli, dənli-paxlalı və yem bitki nümunələrinin tədqiqi ilə bağlı 75-80 hektarda tarla təcrübələri qoyulur.
Əkinçilik Elmi Tədqiqat İnstitutunun nailiyyətləri
Əkinçilik ET İnstitutunun rayonlaşmış kənd təsərrüfatı bitki sortları
S/s |
Bitkinin adı |
Bitkinin latınca adı |
Rayonlaşmış sortların sayı |
1 |
Yumşaq buğda |
Triticum aestivum L. |
33 |
2 |
Bərk buğda |
Triticum durum Desf. |
16 |
3 |
Arpa |
Hordeum vulgare L. |
15 |
4 |
Çovdar |
Secale cereale L. |
1 |
5 |
Vələmir |
Avena sativa L. |
1 |
6 |
Tritikale |
Triticosecale Wittm. |
1 |
7 |
Qarğıdalı |
Zea mays L. |
6 |
8 |
Noxud |
Cicer arietinum L. |
5 |
9 |
Mərcimək |
Lens culinaris Medic. |
3 |
10 |
Lobya |
Phaseolus vulgaris L. |
1 |
11 |
Yer fındığı |
Arachis hypogaea L. |
2 |
12 |
Tütün |
Nicotiana tabacum L. |
5 |
13 |
Yonca |
Medicago Sativa L. |
7 |
14 |
Xaşa |
Onorbrychis viciaefolia Scop. |
1 |
15 |
Çobantoppuzu |
Dactylis glomerata L. |
1 |
16 |
Əzgən |
Kochia prostrata Schrad. |
1 |
17 |
Lərgə |
Lathyrus sativus L. |
1 |
18 |
Güllücə |
Lathyrus sativus |
1 |
Cəmi |
101 |
Rəhbərlik:
Direktor
Direktor müavini - elmi işlər üzrə
Direktor müavini -istehsalat üzrə
Direktor müavini - ümumi işlər üzrə
Elmi katib
Şöbələr:
Bitki seleksiyası
Bitki fiziologiyası və biotexnologiya
Davamlı əkinçilik və bitki diversifikasiyası
Otlaq və biçənəklər
İnformasiya təminatı və elmi nəticələrin tətbiqi
İctimai elmlər və xarici dillər kafedrası
Maliyyə və mühasibat uçotu şöbəsi
Hüquq, kadr və kargüzarlığın təşkili şöbəsi
Təsərrüfat şöbəsi
Laboratoriyalar:
Torpaq və bitki analizləri
Dənin keyfiyyəti
Xəstəlik və zəzərvericilərə qarşı nəzarət
İlkin toxumçuluq və toxumun keyfiyyəti
Yemlərin texnologiyası və zootexniki qiymətləndirilməsi
Təcrübə bazaları:
Tərtər BTS
Qobustan BTS
Cəlilabad BTS
Zaqatala BTS
Şəki DM
Abşeron YTT
Kürdəmir TSS
Ağstafa YTT
Gədəbəy DM
Şəki DM
Abşeron YTT
Əkinçilik Elmİ-Tədqiqat İnstitutunun Təşkilati struktur sxemi
Akademik C.Ə.Əliyevin rəhbərliyi ilə 2001-ci ildə Əkinçilik ET İnstitutunda təsərrüfat qiymətli kənd təsərrüfatı bitki genofondu kolleksiyasının respublikada ilk orta müddətli saxlanma genbankı yaradılmışdır. Bununla da dənli taxıl, ərzaq paxlalı və yem bitkilərinin yerli və dünya genofonduna aid nümunələrin toplanması, mühafizəsi, tədqiqi, seleksiya üçün ilkin materialın artırılması, yeni sortların yaradılması, təsərrüfat əhəmiyyətli bu bitkilərin ən yeni nümunələrinin səmərəli istifadəsi istiqamətlərində fəaliyyətlər üçün geniş imkanlar yaranmışdır.
ƏETİ-nin mandatına daxil olan bitkilərin (buğda, arpa, qarğıdalı, noxud, mərci, lərgə, at paxlası, soya, yonca, xaşa və s) yerli ənənəvi və həmçinin ölkəmizin müxtəlif-torpaq iqlim şəraitinə uyğunlaşan müxtəlif təyinatlı Beynəlxalq pitomniklərdən seçilmiş (CIMMYT, ICARDA və s) introduksiya olunmuş sort və sabit xətləri sahə kolleksiyaları ilə yanaşı genbank kolleksiyasında da saxlanılır. Həmçinin kolleksiya nümunələrinin genişmiqyaslı tədqiqi, onların xəstəlik və zərərvericilərin yeni raslarına kompleks davamlı, dəyişkən ətraf mühit səraitinə daha çox uyğunlaşmış yeni sortların yaradılması üçün hibridləşmədə istifadəsi məqsədi ilə qorunması təmin edilir.
Genbankda 1450-ə yaxın nümunə mühafizə edilir. Bu nümunələrin duplet nüsxəsi 2004-cü ildən başlayaraq AMEA Genetik Ehtiyatlar İnstitutu nəzdində yaradılmış Milli Genbankda mühafizə edilir.
2009-2011-ci illərdə Beynəlxalq Etimad Fondunun (Global Crop Diversity Trust) dəstəyi ilə Azərbaycan mənşəli dənli taxıl və paxlalı bitki nümunələrinin təbii fəlakətlərdən sığortalanması və bu müxtəlifliyin dünya birliyi tərəfindən də istifadəsinin təmin edilməsi məqsədi ilə Milli Genbankdan müxtəlif Beynəlxalq Gen Banklara və Norveç Krallığı ərazisində, yerləşən Svalbord Şimal Toxum Bankına (Svalbord Global Seed Vault) göndərilmiş nümunələrdən 466-sı (152 ədəd - buğda Triticum aestivum L. və Triticum durum Desf., 200 ədəd - qarğıdalı Zea mays L. - CIMMYT Meksika, 56 ədəd - arpa Hordeum vulqare L., 28 ədəd mərci Lens culinaris L.- ICARDA Mərakeş, 30 ədəd noxud Cicer arietinum L. - ICRISAT Hindistan) ƏETİ –yə məxsusdur.
Əkinçilik ET İnstitutunun seleksiyaçı alimləri “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” Azərbaycan Respublikası Qanununun (2012-ci il 17 iyul) icrası ilə bağlı MBGE-nin mühafizəsi və səmərəli istifadəsi üzrə idarəetmə sisteminə daxil olan "Elmi-Texniki Şura", ixtisaslaşdırılmış Ekspert Şuraları və İşçi qruplarının üzvləri olaraq, mədəni bitkilərin və onların yabanı əcdadlarının etibarlı mühafizəsi və səmərəli istifadəsi, bu sahədə milli və beynəlxalq əlaqələndirmənin yaxşılaşdırılması, elmi-tədqiqat işlərinin səviyyəsi və maddi-texniki bazasının yüksəldilməsinin təşkili və tənzimlənməsi istiqamətində milli prioritetlər üzrə fəaliyyətlərdə iştirak edirlər.
Yüksək dən məhsulunun formalaşmasına nizamlanan (suvarma, yemləmə gübrələrinin verilməsi, alaqlarla mübarizə, yaşıl malanın çiçəklənməsi, xəstəlik və zərərvericilərlə mübarizə aparılması və s.) amilləri yüksək aqrotexniki qaydalara əməl etməklə nail olmaq olar.
Müraciət əsasında bitki sortlarının sınağı, toxumçuluq və digər fəaliyyət istiqamətləri üzrə həmin məsələlər barədə maarifləndirmə, informasiya-məsləhət xidmətinin göstərilməsi
Daxil olan buğda, arpa, qarğıdalı və paxlalı bitkilərdən mərci və noxud nümunələrinin dən keyfiyyətinin analizi aparılır.
Torpağın aqrokimyəvi analizləri:
• Torpağın pH-1: torpaq məhlulunun reaksiyası (turşuluğu və qələviliyi)
• Torpaqda humusun (üzvi maddənin) miqdarı
• Torpaqda karbonatların CaCO3, %-lə miqdarı
• Torpaqda olan ümumi azotun miqdarının təyini
• Torpaqda olan üzvi maddələrin miqdarının təyini
• Torpaqda asan mənimsənilən fosforun (P2O5) miqdarının təyini
• Torpaqda olan asan mənimsənilən (dəyişən) kaliumun miqdarının (K2O) təyini
• Torpaqda olan duzların (quru qalıq) miqdarının təyini
• Dəndə və bitkidə ümumi və zülal azotunun miqdarının təyini
• Azot gübrələrində nəmliyin təyini
• Azot gübrələrində azotun faizlə miqdarının təyini
Torpağın aqrofiziki analizləri:
• Torpağın bərk fazasının sıxlığı
• Torpağın sıxlığı
• Torpağın kütləvi və həcmi nəmliyi
• Torpağın qranulometrik tərkibi
• Torpağın struktur tərkibi
• Suyadavamlı aqreqatların miqdarı
• Torpağın penetrasiya müqaviməti (torpağın bərkliyi)
• Torpaq məhlulunun xüsusi elektrik keçiriciliyi
• Torpağın susızdırma qabiliyyəti
• Torpağın susaxlama qabiliyyəti
• Torpağın hidroloji sabitləri
• Torpaqlarda bitkilər üçün əlverişli və məhsuldar nəmlik diapazonları
• Torpaq nəmliyinin potensiyalı
• Müasir statistik və geostatistik proqramlar vasitəsilə torpaq-aqrofiziki tədqiqatların nəticələrinin riyazi işlənməsi
(S-PLUS; STATİSTİCA; MİNİTAB; SURFER; VESPER və s.)
Ölkəmizin iqlim şəraiti üçün seleksiya etdiyimiz yüksək səmərə verən toxumlardan sifariş etmək üçün buraya keçin
Buradan nəşrlərimizi oxuya və yükləyə bilərsinizƏtraflı