Yüksək dən məhsulunun formalaşmasına nizamlanan (suvarma, yemləmə gübrələrinin verilməsi, alaqlarla mübarizə, yaşıl malanın çiçəklənməsi, xəstəlik və zərərvericilərlə mübarizə aparılması və s.) amilləri yüksək aqrotexniki qaydalara əməl etməklə nail olmaq olar.
• Torpağın əsas becərilməsi
• Torpağın səpin qabağı becərilməsi
• Səpin müdətləri
• Səpin norması
• Səpin üsulları
• Mineral gübrələrin verilməsi
• Alaqlarla mübarizə
• Yaşıl mala
• Suvarma
F e r m e r l ə r ü ç ü n y a d d a ş
Dəmyə şəraitində taxıl sələfindən sonra payızlıq buğdanın becərilməsində əsas texnoloji əməliyyatlar
(1 ha üçün məhsuldarlıq: 3 ton dən + 3 ton küləş)
S/s |
Əməliyyatlar |
İcra müddəti |
1. |
Taxıl yığıldıqdan sonra sahədən küləşin preslənib daşınması |
iyul-avqust |
2. |
Sahənin 10-12 sm dərinlikdə diskili alətlə üzlənməsi |
iyul-avqust |
3. |
Mineral və üzvi gübrələrin daşınması və sahəyə səpilməsi (300-350 kq superfosfat+10ton peyin ) |
iyul-avqust |
4. |
Sahənin şumlanması (20-22 sm dərinlikdə) |
iyul-avqust |
5. |
Sahənin diskilənməsi (10-12 sm dərinlikdə) |
avqust |
6. |
Sahənin səpinqabağı malalanması |
sentyabr |
7. |
Toxum dərmanlanmayıbsa, onu dərmanlamaq (Raksil – 0,08-0,1 l/200 kq toxum və ya Vitavaks 200 FF-0,6 l/200 kq toxum) |
avqust-sentyabr |
8. |
Dərmanlanmış toxumun daşınması və hektara 4,0-4,5 mln cücərən dən hesabı ilə (180-200 kq) səpilməsi Səpinlə birlikdə hektara 100-150 kq mürəkkəb gübrənin (nitrofoska və ya ammofoska) verilməsi |
sentyabr-oktyabr |
9. |
Yazda, buğdanın kollanma fazasında hektara 250 kq fiziki çəkidə yemləmə şəklində azot gübrəsinin (ammonium şorası) səpilməsi |
mart-aprel |
10. |
Alaqlara qarşı herbisidlərlə kimyəvi mübarizənin aparılması. Birləpəli alaqlara qarşı 0,6-0,8 l/ha Puma Super və ya 0,3-0,4 l/ha Topik, ikiləpəlilərə qarşı 1,6-2,0 l/ha 2,4 D-Amin duzu və ya 0,15-0,18kq/ha Lintur |
mart-aprel |
11. |
Yazda buğdanın kollanma fazasında əkinlərə səpinin köndələni istiqamətində yüngül dişli malanın çəkilməsi (yaşıl mala) |
mart-aprel |
12. |
Məhsulun yığılması |
iyul |
13. |
Taxılın daşınması və təmizlənməsi |
iyul-avqust |
Suvarma şəraitində payızlıq buğdanın becərilməsində
əsas texnoloji əməliyyatlar
(1 ha üçün məhsuldarlıq: 4 ton dən + 4 ton küləş)
S/s |
Əməliyyatlar
|
İcra müddəti |
1. |
Taxıl yığıldıqdan sonra sahədən küləşin preslənib daşınması. Cərgəarası becərilən bitkilərdən (qarğıdalı, pambıq, tütün və s.) sonra isə bitki qalıqlarının xırdalanıb sahəyə verilməsi |
iyun-iyul |
2. |
Mineral və üzvi gübrələrin daşınması və sahəyə səpilməsi (400-450 kq superfosfat + 10-15ton peyin) |
iyul-avqust |
3. |
Sahənin 25-27 sm dərinlikdə şumlanması |
iyul-avqust |
4. |
Alaq toxumlarının cücərməsinə şərait yaratmaq və torpaqda nəmlik toplamaq məqsədilə sahəyə 1000-1200 m3/ha normasında su verilməsi (arat) |
avqustun axırı-sentyabr |
5. |
Sahənin səpinqabağı dişli mala ilə malalanması |
oktyabr |
6. |
Toxum dərmanlanmayıbsa, onu dərmanlamaq (Raksil – 0,08-0,1 l/200 kq toxum və ya Vitavaks 200 FF-0,6 l/200 kq toxum) |
sentyabr-oktyabr |
7. |
Dərmanlanmış toxumun daşınması və hektara 4,5-5,0 mln cücərən dən hesabı ilə (200-220kq) səpilməsi Səpinlə birlikdə hektara 100-150 kq mürəkkəb gübrənin (nitrofoska və ya ammofoska) verilməsi |
oktyabr-noyabr |
8. |
Müvəqqəti suvarma arxlarının açılması |
oktyabr-noyabr |
9. |
Səpsuvar (ehtiyac olarsa) |
noyabr |
10. |
Yazda, buğdanın kollanma fazasında hektara 300-350 kq fiziki çəkidə yemləmə şəklində azot gübrəsinin (ammonium şorası) sahəyə səpilməsi |
mart-aprel |
11. |
Alaqlara qarşı herbisidlərlə kimyəvi mübarizənin aparılması. Bir ləpəli alaqlara qarşı 0,6-0,8 l/ha Puma Super və ya 0,3-0,4 l/ha Topik, ikiləpəlilərə qarşı 1,6-2,0 l/ha 2,4 D-Amin duzu və ya 0,15-0,18kq/ha Lintur |
mart-aprel |
12. |
Vegetasiya suvarmaları (2-3 dəfə) |
aprel-may |
13. |
Məhsulun yığılması |
iyun-iyul |
14. |
Taxılın daşınması və təmizlənməsi |
iyul |
Dəmyə şəraitində qara herikdən sonra payızlıq buğdanın becərilməsində
əsas texnoloji əməliyyatlar
(1 ha üçün məhsuldarlıq: 3 ton dən + 3 ton küləş)
S/s |
Əməliyyatlar |
İcra müddəti |
1. |
Taxıl yığıldıqdan sonra sahədən küləşin preslənib daşınması |
iyul-avqust |
2. |
Mineral və üzvi gübrələrin daşınması və sahəyə səpilməsi (250-300 kq superfosfat + 10 ton peyin) |
iyul-avqust |
3. |
Qara herik üçün şumun qaldırılması (25-27 sm dərinlikdə) |
iyul-avqust |
4. |
Qara heriyin 2-3 dəfə diskili və dişli malalarla becərilməsi (8-10 sm dərinlikdə) |
aprel- avqust |
5. |
Toxum dərmanlanmayıbsa, onu dərmanlamaq (Raksil – 0,08-0,1 l/200 kq toxum və ya Vitavaks 200 FF-0,6 l/200 kq toxum) |
avqust-sentyabr |
6. |
Sahənin səpinqabağı malalanması |
sentyabr |
7. |
Dərmanlanmış toxumun daşınması və hektara 4,0-4,5 mln cücərən dən hesabı ilə (180-200 kq/ha) səpilməsi Səpinlə birlikdə hektara 100-150 kq mürəkkəb gübrənin (nitrofoska və ya ammofoska) verilməsi |
sentyabr-oktyabr |
8. |
Yazda, buğdanın kollanma fazasında hektara 200 kq fiziki çəkidə yemləmə şəklində azot gübrəsinin (ammonium şorası) səpilməsi |
mart-aprel |
9. |
Alaqlara qarşı herbisidlərlə kimyəvi mübarizənin aparılması. Bir ləpəli alaqlara qarşı 0,6-0,8 l/ha Puma Super və ya 0,3-0,4 l/haTopik, ikiləpəlilərə qarşı 1,6-2,0 l/ha 2,4 D-Amin duzu və ya 0,15-0,18kq/ha Lintur |
mart-aprel |
10. |
Yazda buğdanın kollanma fazasında əkinlərə səpinin köndələni istiqamətində yüngül dişli malanın çəkilməsi (yaşıl mala) |
mart-aprel |
11. |
Məhsulun yığılması |
iyul |
12. |
Taxılın daşınması və təmizlənməsi |
iyul-avqust |