Xəbərlər

Türkiyəli ekspertlər tərəfindən modern seleksiya və molekulyar biologiya üzrə təlimlər keçirilir

Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunda Türkiyə Respublikası Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi Doğu Anadolu Kənd Təsərrüfatı Tədqiqatları İnstitutu və Mersin Universitetindən dəvət edilmiş ekspertlər tərəfindən modern seleksiya və molekulyar biologiya üzrə təlimlər keçirilir. Təlimlər mühazirəçilər Doğu Anadolu Kənd Təsərrüfatı Tədqiqatları İnstitutu, Dr. Abdullah Çil, Dr. Ayşe Nuran Çil və Mersin Universiteti, Elmlər fakültəsinin dekanlığı, Biyoteknologiya kafedrası, Dr. Dilek Tekdal tərəfindən aparılır.
Təlimin ilk günü molekulyar genetika, toxuma kulturası, iqlim kamerası və biotexnologiya laboratoriyasında istifadə olunan cihazlar haqqında məlumat verilməsi və laboratoriya əməkdaşları ilə görüş nəzərdə tutulur.
Təlim müddəti ərzində genetik markerlərin əsasları; SSR (sadə ardıcıllığın təkrarlanması) markerləri ilə tanışlıq, genetik markerlərin açıqlanması, onların növləri, bitki seleksiyasında rolu, genetik müxtəlifliyin qiymətləndirilməsində və filogenetik analizdə istifadəsi; bitki seleksiyasında SSR markerlərinin tətbiqi, SSR markerlərin xüsusiyyətləri, üstünlükləri və seleksiyada tətbiqi; barkodlama və filogenetik analiz, genetik xəritələmə, markerlərin istifadəsi ilə seçmə və genetik müxtəliflik tədqiqatları üçün SSR markerlərinin istifadəsi; SSR markerlərinə əsaslanan populyasiya genetikası və seleksiya strategiyaları, populyasiya genetikasının əsasları, populyasiyanın təhlilində SSR markerlərinin istifadəsi, seleksiya strategiyaları və genetik mühafizə; buğda, arpa və qarğıdalıda SSR-ın tətbiqi, buğda, arpa və qarğıdalının genetik analizində SSR (Simple Sequence Repeat-Sadə ardıcıllığın təkrarlanması) markerlərinin istifadəsinin araşdırılması, buğda, arpa və qarğıdalının genetik analizində SSR (sadə ardıcıllığın təkrarı) markerlərinin istifadəsinin əsaslı tədqiqinin təmin edilməsi mövzuları üzrə təlimlər keçiriləcək.
Sonda təlimin qiymətləndirilməsi və müzakirəsi aparılacaq.
© 2020 Əkinçilik ETİ