Xəbərlər

“Modern seleksiya və molekulyar biologiya” üzrə təlim keçənlərə sertifikatlar təqdim olunub

Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunda Türkiyə Respublikası Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi Doğu Anadolu Kənd Təsərrüfatı Tədqiqatları İnstitutu və Mersin Universitetindən dəvət edilmiş ekspertlər tərəfindən “Modern seleksiya və molekulyar biologiya” üzrə təlimlər keçirilib. 
Təlimlər mühazirəçilər Doğu Anadolu Kənd Təsərrüfatı Tədqiqatları İnstitutu, Dr. Abdullah Çil, Dr. Ayşe Nuran Çil və Mersin Universiteti, Elmlər fakültəsinin dekanlığı, Biotexnologiya kafedrası, Dr. Dilek Tekdal tərəfindən aparılıb. 
Təlimçilərə 8 günlük təlimdə fəal iştirak etdiyinə görə sertifikatlar təqdim olunub.
© 2020 Əkinçilik ETİ