Xəbərlər

Əkinçilik Elmi-Tədqiqat İnstitutunun elmi və elmi-təşkilati fəaliyyətinin illik yekun hesabatı keçirilib

Əkinçilik Elmi-Tədqiqat İnstitutunun (ƏETİ) 2023-cü il üzrə elmi və elmi-təşkilati fəaliyyətinin illik yekun hesabatı keçirilib. Hesabat yığıncağında AR KTN “Bitkiçiliyin təşkili və monitorinqi” şöbəsinin müdir müavini Fərman Kərimov, KTN Aqrar Xidmətlər Agentliyinin baş məsləhətçisi Şükür Əhmədov, KTN Elm, təhsil və insan resursları şöbəsi, Elm və təhsil sektorunun baş məsləhətçisi Gülay Ağayeva, ƏETİ-nin rəhbərliyi və kollektivi, institutun tərkibində fəaliyyət göstərəb Bölgə Təcrübə Stansiyalarının, Yardımçı Təcrübə Təsərrüfatlarının, Dayaq Məntəqələrinin rəhbərləri, o cümlədən aidiyyati qurumların nümayəndələri iştirak ediblər.

Hesabat yığıncağını giriş sözü ilə ƏETİ-nin direktoru F.Xudayev açaraq 2023-cü il üzrə institutun elmi və elmi-təşkilati fəaliyyətindən bəhs edib. Sonra çıxış edən F.Kərimov institutun fəaliyyəti ilə bağlı aktual məsələlərə və problemlərə toxunub, tövsiyələrini verib.

İnstitutun elmi işlər üzrə direktor müavini Sevinc MəmmədovaƏETİ-nin 2023-cü il üzrə elmi fəaliyyətinin illik yekun hesabatı”, istehsalat üzrə direktor müavini Qərib Novruzlu isə “ƏETİ-nin 2023-cü məhsul ili üçün təsərrüfat fəaliyyəti” üzrə təqdimatla çıxış ediblər.

 İnstitutun Bölgə Təcrübə Stansiyalarının, Yardımçı Təcrübə Təsərrüfatlarının, Dayaq Məntəqələrinin direktorları 2023-cü ildə aparılmış elmi-tədqiqat işlərinin yekunlarına, problemlərə və qarşıda duran vəzifələrə dair illik hesabatla çıxış ediblər.

Sonda suallar səsləndirilib, müzakirələr aparılıb.
© 2020 Əkinçilik ETİ