Xəbərlər

Qida Təhlükəsizliyi İnstitutu ilə KTN-nin elmi-tədqiqat institutlarının birgə əməkdaşlığı çərçivəsində görüş keçirilib

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən respublikada aktual məsələyə çevrilən, müxtəlif göbələk cinslərinin təsirindən “rüşeym qaralması” xəstəliyinə yoluxmuş dənlərin yolverilən maksimum həddinin beynəlxalq təcrübəyə əsasən və respublikada bu xəstəliyə yoluxma vəziyyətinin tənzimlənməsi üçün aidiyyəti qanunvericilik aktlarında dəyişikliklər edilməsinə dair təkliflər Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olunub.
Nazirlər Kabinetinin 2023-cü il 18 noyabr tarixli 1-5/1-19711/2023 nömrəli qərarı ilə Azərbaycan Respublikasının İqtisadiyyat və Kənd Təsərrüfatı nazirliklərinə, Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyinə həmin təkliflərə münasibət bildirilməsi və Agentliyə təqdim edilməsinə dair tapşırıq verilib. Bununla bağlı Qida Təhlükəsizliyi İnstitutu ilə Kənd Təsərrüfatı Nazirliyinin elmi-tədqiqat institutlarının birgə əməkdaşlığı çərçivəsində görüş keçirilib. Görüşdə Qida Təhlükəsizliyi İnstitutu, Bitki mühafizə və Texniki Bitkilər ETİ-nin əməkdaşları və Əkinçilik ETİ-nin “Xəstəlik və zərərvericilərə nəzarət” laboratoriyasının müdiri Namella Əzizova və Ehtibar İbrahimov da iştirak ediblər. Görüşdə qanunvericilik aktlarında buğdada “rüşeym qaralması” normasının ölkəmizin coğrafi iqlim şəraiti nəzərə alınmaqla, bu xəstəliyin etiologiyası, törədicilərin inkişaf şəraiti, həmçinin buğda unu və çörəyin keyfiyyətinə hansı həddə təsir göstərməsinin tədqiq edilməsi və s. məsələlərə dair müzakirələr aparılıb. Bu baxımdan ölkəmiz üçün buğdada “rüşeym qaralması” xəstəliyi normasının müəyyənləşdirilməsi məqsədilə, tədqiqatların aparılması məsələsinin Agentliyin tabeliyindəki Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu ilə aidiyyati elmi-tədqiqat institutlarının birgə əməkdaşlığı çərçivəsində həyata keçirilməsi nəzərdə tutulub.
© 2020 Əkinçilik ETİ