Xəbərlər

Elmi şuranın növbəti iclası keçirilib

Əkinçilik Elmi-Tədqiqat İnstitutunda (ƏETİ) Elmi Şuranın növbəti iclası keçirilib. İclasın gündəliyinə əsasən ƏETİ-nin mövzu planına uyğun olaraq Bölgə Təcrübə Təsərrüfatlarında (BTS) qoyulmuş təcrübələrin Metodiki şura tərəfindən aparılan monitorinqi ilə bağlı məsələlərin, dənli və dənli-paxlalı bitkilərin aprobasiyası ilə əlaqədar aprobatorların vəzifələrinin, tarla seminarlarının və təlimlərin keçirilməsi, cari ildə payızlıq dənli-taxıl və dənli-paxlalı bitkilərin toxumluq əkinlərindən məhsulun yığılması və hazırlıq işləri barədə, institutun strukturuna daxil olan BTS-lərdə toxumtəmizləyən qurğuların mövcud vəziyyətinin, nəşriyyat fəaliyyətinin və digər məsələlərin müzakirəsi aparılıb.

© 2020 Əkinçilik ETİ